Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

3-cü dünya müharibəsi: Yeni dünya sistemi ancaq böyük bir qorxu ilə qurula bilər...

Yarasadan yayılan bir virusun ABŞ-ı, Çini, Avropanı və bütün dünyanı məğlub etdiyini düşünürsünüzsə, deməli, 2 dəfə düşünmək lazımdır...

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 17 mart 2020-ci il

Koronavirus artıq həyatımızın mərkəzindədir. Heç kim bundan qaça bilməz. Oyun çox böyükdür. Yarasadan, ilandan keçdiyi deyilirsə də, vəziyyət başqadır.

Danışılan və yazılan bir çox ssenari var. Koronavirus barədə italyan həkimlərdən məlumat aldıqdan bunun necə bir bəla olduğu başa düşülür.

Qorxuncdur, lakin hər kəs üçün yox, sadəcə müəyyən yaş qrupları təhlükə altındadır.

Hədəf də, oyun da bu nöqtədə gizlidir. Virusla birlikdə siyasət dayanıb, bazarlar dağılıb və dünən gündəmdə olan hər şey bir anda zay olub. 

Hazırda hər kəsin çarəsizliklə mübarizə aparır. Həkimlər, xəstəxanalar artıq kifayət deyil. Dərman və ya peyvənd də yoxdur. Təkcə qorxunu böyüdürlər. Virusdan daha güclü olan şey qorxu hissidir.

Bəs biz indi hara sürükləyirik? Əsas bu barədə düşünək.

Koronavirus terrorunda yeni bir müstəviyə keçid edirik. Bu virus, şübhəsiz ki, ABŞ-ın laboratoriyasında hazırlanıb. Uxanda isə bu və ya digər şəkildə ortaya çıxıb. Əsas məsələ bunu hazırlayanın nə etmək istədiyidir. 

Yeni dünya nizamı üçün müharibə etmək çox vacib idi. Buna görə də, ya böyük müharibə olacaqdı, ya da hər kəsin içinə düşdüyü bir qorxu sistemi, yəni panika olacaqdı. Əgər 30 ölkəni əhatə edən III. Dünya Müharibəsi başlasaydı, heç bu qədər effektiv olardımı? Əlbəttə, xeyr.

Çini oyundan kənarlaşdırdıqdan sonra ABŞ-ın ikinci planı Avropanın bundan təsirlənməsi idi. Gözlədiyi kimi də oldu. Bu vəziyyət daha da yüksələcək. Tramp açıq şəkildə: “Avropa epidemiyanın mərkəzidir”, deyib.

11 martda isə yeni bir mərhələ başlanıb. Tramp administrasiyası Avropa Birliyi ilə (İngiltərə istisna olmaqla) hava yoııarını bağlamaqla avropalıların ABŞ-a girməsinə 30 günlük qadağa tətbiq edib.

Bu, hər bir ölkənin öz içində təcrid olunması demək idi. Ardınca isə yeni bir addım olaraq da yaxın zamanda Avropa Birliyinin sərhədlərinin yenidən bağlanacağı gözlənilir. Hətta Almaniya artıq sərhədlərini bağlayıb.

Bir sözlə, ABŞ Avropanı küncə sıxıb. Avropalı öz qitəsində və öz ölkəsində qalaraq dustağa çevrilib. Avropa üçün daha da pis ola bilərdi.

Bir neçə ay əvvəl ABŞ prezidenti Tramp vitse-prezident Mayk Pens, Xarici İşlər naziri Pompeo və Ağ Evin Milli Təhlükəsizlik müşaviri Robert O'Brayn Ağ Evdə görüşüblər. Mövzu koronavirus və onun yaratdığı təsirləri idi. Mayk Pensin həmin toplandıda: “Dünyamız müasir tarixin ən ağır iqtisadi-sosial böhranı ilə üz-üzədir. Yeni bir dünyanın qapıları açılacaq”, dediyi bildirilir. Zəkası ilə önə çıxan insanlar yenilənmə dövrünün başladığını deyirlər. 

İtaliya çox vacib bir ölkədir. Buna görə də, koronavirus Avropada ilk olaraq İtaliyaya zərbə vurub. İtaliya üçün “dünyanın ən gözəl həbsxanası” belə deyiblər. Həmçinin, İtaliya 60 milyon insanın karantində olduğu bir ölkədir.

İspaniya da eyni təcrübəni yaşayacaq. Fransa və Almaniya böyük iqtisadi zərbələr alacaq. Bundan əlavə, BREXIT də İngiltərəni bu vəziyyətdən çıxarmayacaq. 

Neft bu ölkələr üçün çox vacib idi. Lakin bu ölkələrdə ancaq neftin qiymətinin çox aşağı düşməsindən söhbət gedir. Lakin əslinə qalsa, neftin 28 dollara düşməsi heç kimin vecinə deyil. Hər kəs canının dərdinə düşüb.

Həqiqətən də son 100 ildə neft həmişə çox dəyərli olub. Hətta müharibələr də neft üçün aparılıb. İndi isə ən azı 2 il boyunca neft sahəsində heç kimin qalib olmayacağı bir yola girmişik. Əlbəttə, itirənlər çox olacaq. Rusiya, İran, Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Bəhreyn kimi bir çox ölkəyə ağır zərbə dəyəcək. Çünki onların yeganə gücü neftdədir.

Suriya aylarca gündəmdə qaldı. İdlibdəki Türkiyə- Rusiya gərginliyində NATO ortaya çıxıb. Hər saatda yeni açıqlamalar verilirdi. Bölgədə isə hərbi əməliyyatlar başlayıb. Bəs indi son vəziyyətdə İdliblə bağlı bircə bəyanat belə verilirmi? Xeyr.

Təbii ki, təsirsiz açıqlamalar verilir. Lakin hər kəs koronavirus barədə yeni açıqlamalar gözləyir və bu təhlükə ilə bağlı bizi sevindirən bəzi detallar da var.

Doğrudur, koronaviurusun ən cox təsir etdiyi qrup qocalardır. Yəni varlı insanlar da bu qrupda daxildir. İndi isə ortada bir həqiqət var: 60 yaşlarında olan zəngin iş adamları da evdən çölə çıxmırlar. İllər əvvəl Kaliforniyada tikdirdiyi şəxsi sığınacağına gedən bir varlı belə yoxdur. Tək yaxşı xəbər budur. Bu səbəbdən, koronavirusun çox insanı öldürəcəyini bilirik. Ancaq bu, dünyanın sonunu gətirməyəcək və yeni bir sistemə keçməli olduğumuz anda vaksinin tapıldığı elan ediləcək.

Yeni sistem ancaq böyük bir qorxu ilə qurula bilər. Nə qədər qorxutsan, bir o qədər qazanc əldə edərsən.

Məncə, Dərin ABŞ da məhz bunu edir. Qorxunu artıraraq, millətləri ölümlə təhdid edərək və müqaviməti qıraraq son həmləni də edəcəklər. Son həmlədən qısa bir zaman əvvəl peyvənd bazara buraxılacaq

Üçüncü Dünya müharibəsi məhz budur. ABŞ barmaq izini belə qoymadan hər kəsi müharibənin içinə saldı. Dövlətlər, millətlər, krallıqlar, tayfalar karantinadadır və bu prosses daha da böyüyəcək. Vaxtı çatanda da yenə dünyanı naməlum düşməndən Amerika Birləşmiş Ştatları xilas edəcək. Bəlkə də, tək dünya dövləti elan ediləcək. Onsuz da heç kim etiraz edə bilməyəcəyi üçün ABŞ bu işdə könüllü olacaq. Elə görünür ki, texnoloji cəhətdən dünyanı dəyişən komanda indi isə siyasi baxımdan hər şeyi dəyişdirəcək.

Lakin yenə də yarasadan yayılan bir virusun ABŞ-ı, Çini, Avropanı və bütün dünyanı məğlub etdiyini düşünürsünüzsə, deməli, 2 dəfə düşünmək lazımdır.

Qeyd: 1-ci və 2-ci Dünya Müharibələrində də nəticəni müəyyənləşdirən qüvvə ABŞ idi.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar