Tovuz rayonunda azyaşlı uşaq qaynar suda yanıb
PİA.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Hunanlar kəndində baş verib. Kənd sakini, 2016-cı il təvəllüdlü Quluzadə Nuray Elman qızı evlərində qaynar su ilə dolu qazana düşüb. Uşaq yanıq xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda uşağın vəziyyəti ağır qiymətləndirilir.
pia.az