Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2 milyon vergidən yayınan şəxslərin cəzası azaldıldı


Bakı Apellyasiya Məhkəməsində vergi ödəməkdən yayınmaqda təqsirləndirilən İlkin Abbasov, Dərgah Əsgərov və Fikrət Kazımov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb


Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, Yasamal rayon məhkəməsinin hökmü dəyişdirilib. Yeni hökmə əsasən, İ.Abbasovun cəzası 3 il 6 aya, D.Əsgərovun cəzası 4 ilə və F.Kazımovun isə cəzası 3 il 6 aya endirilib.

Qeyd edək ki, ötən il fevral ayında Vergilər Nazirliyinin (VN) yaydığı məlumata görə, VN yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən araşdırılan istintaq zamanı müəyyən edilib ki, Azərbaycan vətəndaşları, əvvəllər məhkum olunmuş İ.Abbasov, D.Əsgərov və F.Kazımov qabaqcadan əlbir olaraq bir neçə nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə yaradadıblar. Onlar 2011-2013-cü illər ərzində 1 milyon 702 min 467 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 213.2.1-ci (vergi ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri üzrə ittiham olunublar.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə İ.Abbasov və F.Kazımovun hər biri 4 il 6 ay, D.Əsgərov isə 5 müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər(lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar