Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2 cüdoçumuz “Böyük Dəbilqə” turnirində finala yüksəlib


Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin son yarış günündə Azərbaycanın 2 cüdoçusu finala yüksəlib


“Report”un məlumatına görə, bunlar Məhəmmədəli Mehdiyev və Elmar Qasımovdur.

90 kq çəki dərəcəsində yer alan Mehdiyev həlledici qarşılaşmada İslam Bozbayevlə (Qazaxıstan), 100 kq çəkidəki Qasımov isə Mixael Korrellə (Hollandiya) üz-üzə gələcək. Bundan başqa elə 100 kq. çəkidə bürünc medal uğrunda Azərbaycanın iki təmsilçisi – Zəlim Kotsoyev və Elxan Məmmədov görüşəcək. Bu isə təşkilatçı ölkənin aktivinə istənilən halda bürünc medalın yazılacağı deməkdir. Məmmədov yarımfinalda Qasımova, 3 xəbərdarlıq alaraq, uduzub.

Bundan başqa 90 kq. çəkidə Abdulhaqq Rəsullu Quedjau Nhabali (Ukrayna) ilə, 100 kq-dan yuxarı çəkidə isə Uşangi Kokauri Onise Buğadze (Gürcüstan) ilə bürünc medal görüşünə çıxacaq.
Qarşılaşmalar saat 17:00-da başlanacaq.

Qeyd edək ki, “Böyük Dəbilqə”nin ilk iki yarış günündə Azərbaycan cüdoçularından Rüfət İsmayılov (81 kq) qızıl, Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Xanım Hüseynova (63 kq) bürünc medal qazanıb.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar