Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2 avtobusun hərəkət istiqaməti dəyişdirildi

Nəqliyyat Agentliyinin strateji fəaliyyət planına əsasən marşrut xətlərinin optimallaşdırılması işi davam etdirilir


Agentlikdən Lent.az-a verilən məlumata görə, optimallaşdırma tədbirləri çərçivəsində marşrut xətlərinin bir-birini təkrarlaması kimi hallar müəyyən edilərək aradan qaldırılır ki, bu da həm paytaxtın ictimai nəqliyyat şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, küçə və prospektlərdə, xüsusən də günün pik saatlarında müşahidə edilən tıxacların qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. 

Optimallaşdırma prosesində marşrut xətlərinin seçimi və trayektoriyasının müəyyənləşdirilməsi Bakı Nəqliyyat Agentliyinin xüsusi ekspert qrupunun təhlillərinə əsasən müəyyən edilir. Təhlillər zamanı sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq sərnişindaşımada istifadə edilən avtobusların daxili və xarici tərtibatları müasir standartlara uyğun gələn, texniki baxımdan vəziyyəti saz olan, xüsusən də vahid nağdsız ödəniş sisteminə keçən marşrut xətt daşıyıcılarına əsas üstünlük verilir. Məhz bu əsas götürülərək Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 29 və 53 nömrəli müntəzəm şəhərdaxili marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.
 
Dəyişikliyə əsasən bundan sonra 29 saylı marşrut üzrə hərəkər edən avtobuslar mertonun Memar Əcəmi stansiyası və 3-cü mikrorayon dairəsi yaxınlığındakı dayanacaqlardan keçməyəcək.
 
53 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar isə Dövlət Bayrağı Meydanından Metronun Elmlər Akademisyası stansiyasınadək hərəkət edəcəklər. Bu marşrut üzrə avtobusların əvvəllər olduğu kimi Şərifzadə küçəsindən keçməklə Alatava yaşayış sahəsinə gediş gəlişi Bakı Nəqliyyat Agentliyinin tərəfindən qadağan edilib.
 
Davam etməkdə olan optimallaşdırma prosesində beynəlxalq təcrübəyə əsaslanaraq müntəzəm sərnişindaşıma sahəsində xidmət səviyyəsini artıran, nağdsız ödəniş sisteminə qoşulan daşıyıcılara xüsusi önəm veriləcək. Daşıyıcıların nağdsız ödəniş sisteminə qoşulması işləri isə davam edir. Bakı Nəqliyyat Agentliyinin müvafiq tələbinə uyğun olaraq yaxın vaxtlarda 88 saylı marşrut xətti üzrə də gediş haqqının ödənilməsi “Bakı Kart” vasitəsi ilə həyata keçiriləcək. Hazırda marşrut xəttinin müvəqqəti istismara verildiyi daşıyıcı şirkət nağdsız ödəniş sisteminə keçidlə əlaqədar zəruri texniki işləri yekunlaşdırmaq üzrədir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar