Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2 alıb “alim“ olan tələbə


150 balla universitətə yol tapan abituriyentlərin savadı çübhə doğurur


  Bu il 600-700-lə yanaşı 150 bal da toplayan abituriyentlər çöldə qalmayacaqlar. Universitetlərə qəbul zamanı keçid ballarının aşağı salınması nəticəsində bu “fürsət” tələbələrin əlinə düşüb. Yəni bilik səviyyəsi aşağı olan hər bir abituriyentin də üzünə universitet qapıları taybatay açıq olacaq.

ANS PRESS-in məlumatına görə, bir neçə il qabaq keçid balı ixtisasından asılı olaraq 200-dən 350-yə kimi dəyişirdi. Amma Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bir neçə ildir ki, keçid balını 150-yə salıb. Bu il balın səviyyəsinin artacağı gözlənirdi, amma bir neçə gün öncə bütün ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanının nəticələrinə əsasən, keçid ballar elan edildi və bu məsələdə heç bir dəyişiklik olmadı. 

Bu qruplar üzrə ödənişli ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd fənnin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Dövlət sifarişli ixtisasların müsabiqəsində I qrup üzrə ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər qatıla bilər. IV qrup dövlət sifarişli ixtisasların müsabiqəsində isə ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edəcək. II qrup üzrə ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Yəni keçid ballarının aşağı salınması nəticəsində savadı oldu-olmadı, bütün abituriyentlər universitetlərə qəbul olmaq şansına sahibdirlər. Təsadüfi deyil ki, təhsil eksperti Məlahət Mürşüdlü 150 bal toplayan abituriyentlərin bilik səviyyətinin 2 -yə bərabər olması fikirindədir. ANS PRESS-in əməkdaşı ilə söhbətində ekspert qeyd edib ki, həmin abituriyentlərin universitetlərə qəbul olması bütövlükdə Azərbaycanın təhsil sisteminə zərər vuracaq: “150 balla universitetlərə qəbul olan abituriyentlər daha sonra diplom alıb məzun olacaqlar. Həmin şəxslər Azəzərbaycan cəmiyətinə faydasız bir bir mütəxəssilər olacaqlar. Nəticədə savadsız mütəxəssis ordusu əmələ gələcək”, - deyə M. Mürşüdlü bildirib.

Ekspertin fikirincə, dövlət universitetlərinə 150 balla tələbə qəbulunu mütləq dayandırılmalıdır: “Dövlət onlar üçün xərc çəkir. Həmin tələbələr ladıqları diplomla dövlətin borcunu qaytarmalıdırlar. 150 balla qəbul universitetlərdə plan yerlərini doldurmaq məqsədi ilə həyata keçirilir”.

M. Mürşüdlü keçid ballarının aşağı salınmasının ən çox özəl universitetlərə fayda verdiyini bildirir. Onun fikrincə, həmin məktəbləri savadlı tələbədən daha çox ödəniş ödəyənlərin sayının çoxluğu maraqlandırır: 

“Özəl universitetlər üçün balın azlığı-çoxluğunun nə önəmi var? Ora qəbul olan həmin tələbələrə bir il kurs keçməlidirlər ki, onların bilik səviyyəsi universitet həddinə çatsın. Bir illik kursu keçdikdən sonra onlar adi qaydada universitet təhsilinə başlasınlar. Bu üsul Türkiyə təhsil sistemində də tətbiq olunur. Maddi marağı olan universitetlər 150 bal toplayan tələbələrə 1 il hazırlıq kursları təşkil etməlidirlər. Belə getsə gələcəkdə keçid balları da ləğv olunacaq. Hətta bəzi kənd təsərrrüfatı ixtisaslarına bal məhdudiyyəti tələb olunmur. Kənd yerlərində savadsız aqranomlar, mütəxəssislər nəyə lazımdır?”

Təhsil Nazirliyindən abituriyentlərin aşağı nəticə göstərməsinə cavab isə qısa oldu. "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-2015-ci tədris ili üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı elmi-statistik məlumatları açıqladıqdan sonra Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırma aparılacaq".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar