Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

28 yaşlı qızın xərçənglə bağlı ixtirası dünyanı şoka saldı


Ukraynada əsl elm dühası peyda olub


Sputnik xəbər verir ki, Kiyev Molekulyar biologiya və genetika İnstitutunun əməkdaşı, 28 yaşlı elmlər doktoru Olqa Brovarets dünya miqyasında məşhurlaşıb.

 İndi onun haqqında dünyanın bütün elmi jurnalları yazır, Avropa ölkələri isə onu daimi vətəndaşlığa qəbul etmək üçün hər şeyə hazırdır. Səbəb nədir? Brovaretsin xərçəng xəstəliyindən tam sağalmanı təmin etməyə ümid verən ixtirası.

Məlumdur ki, hər bir insanın orqanizmində 23 cüt xromosom var. Onların hər birində canlı orqanizmdə olan bütün genetik informasiyaların qorunduğu DNT var. Formasına görə DNT burulmuş spiralı xatırladır. Əgər bu spiralı açsaq, aydın olacaq ki, onun dəqiq həndəsi quruluşu mövcuddur. Mutasiyaya uğramış cüt başqa cür görünür ki, onu da alimlər "donqar" adlandırırlar. Onlar orqanizmdə dəyişikliklər və xəstəlik yaratmaq üçün DNT-ni necə aldadırlar, spirala necə sığışırlar, bax bu, indiyə qədər elm üçün ağ ləkələr olaraq qalır.

Olqa bunun baş verdiyi qanunauyğunluğu hesablamağa nail olub. Bu mutasiya xərçəng və digər genetik təbiətli ağır xəstəliklərin səbəbidir. Buna görə də, 28 yaşlı ukraynalı qızın ixtirası əsl sensasiyadır. Bununla təkcə xərçəngə deyil, mutasiya ilə bağlı olan digər xəstəliklərə də qalib gəlmək mümkündür. Ukraynanın elmi isteblişmenti və KİV əmindir ki, bu ixtira Nobel mükafatı alacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar