Neftçalada 28 yaşlı fəhlə hündürlükdən yıxılaraq ölüb
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala sənaye məhəlləsində çalışan fəhlə - rayon sakini, 1990-cı il təvəllüdlü Kərimov Mehman Fazil oğlu hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən M. Kərimov aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
pia.az