Cümə, 07 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

28 min abituriyent arasında maksimum balı bu qız toplayıb - Foto

İyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

İmtahanda III ixtisas qrupu üzrə bir abituriyent Bakı şəhəri, 192 saylı orta məktəbin məzunu Zülfiyeva Səbinə Novruz qızı ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.

Maksimum bal toplayan abituriyent Oxu.Az-a danışıb.

O, bakalavr təhsilini Azərbaycanda alacağını deyib:

“Buraxılış imtahanında 270 bal toplamışam. Hüquq fakültəsini seçəcəyəm. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və ya Bakı Dövlət Universitetində təhsil alacağam. Magistratura təhsilimi isə xaricdə davam etdirəcəyəm”.

Səbinə Zülfiyeva qeyd edib ki, ona ən böyük dəstəyi anası göstərib:

“Müəllimimin mənim üzərimdə rolu böyükdür. İngilis dili və tarix fənnindən dərs deyən müəllimlərim məni universitetə təmənnassız hazırlaşdırıblar. Onlara, məktəb direktoruna, xüsusilə anama təşəkkür edirəm. Hər biri mənə dəstək olublar”.

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilən qəbul imtahanlarında 28 291 abituriyent iştirak edib.(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Prezidentdən AZAL-a tənqid: “Bəs, bunun gəliri haradadır?”

Hərbi qulluqçuların pensiyası ilə bağlı qanun layihəsi hazırlanır

"Bu şəhərdə" Ramin Bayramlını parodiya etdi - Video

Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayır

Yasamaldakı park ərazisini kim satıb? – Kərəm Həsənov, yoxsa Kinoklub?...

“Bəsdirin millətin əsərlərini korladınız...” - Milli Məclisdə gərgin müzakirələr

Azərbaycan müxalifəti fövqəladə toplantı keçirir - Fotolar

Məhkəmə Gülər Əhmədovanın oğlu haqqında qərar verdi

“Ramal Trans”ı Səfər Mehdiyevə nə bağlayır? - Komitədən cavab

“Bəzi qadınlar qudurğanlıqdan pis yola düşürlər” – Rasim Balayev

"Yaxın zamanlarda karantin rejimi yenidən yumşaldılacaq" - Əli Əsədov

loading...

Ən çox oxunanalar