Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

28 il sonra komadan oyandı

Qadın oğlunun təhlükədə olması xəbərini eşitdikdən sonra ayılıb

Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Munira Abdulla 32 yaşında keçirdiyi qəzadan sonra komaya düşüb və 28 il sonra oyanıb.

Bildirilir ki, Munira Abdulla 1991-ci ildə oğlu ilə birlikdə avtobus qəzası keçirib. Qəza zamanı 4 yaşlı oğlunu qorumaq üçün onun üstünə yıxılan ana ağır zədələnib. Amma oğluna bir şey olmayıb.

Xəbərdə bildirilir ki, qadın oğlunun təhlükədə olması xəbərini eşitdikdən sonra ayılıb. Qeyd edək ki, qəza zamanı qadının beyninə qan sızmışdı.

İndi 32 yaşında olan oğlu Ömər Vebair jurnalistlərə bildirib ki, bu illər ərzində anasının sağalacağından ümidini kəsməyib və dua edib:

"Anamın hekayəsini ona görə insanlarla paylaşıram ki, heç kim ümidini üzməsin. Yaşadığımız müddətdə mütləq bir ümid yeri həmişə var", - deyə o bildirib.

Munira Abdulla uzun illər öz ölkəsində və İngiltərədə müalicə olunub. Alman mütəxəssislərin səyləri nəticəsində isə yenidən həyata göz açan Munira Abdulla hazırda Əbu-Dabidəki xəstəxanalardan birində müalicəsini davam etdirir.(Medicina.az)

pia.az


Etiket: 28 il koma

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar