Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“27 yaşlı oğul ata-ana əlinə baxmamalıdır“ - Xoşqədərm

"Böyük oğlumun 27 yaşı var. Onun ana yanında dayanması məncə, bir kişi üçün yaxşı deyil. 27 yaşımda mən qadınlığımla ölkəmdə kifayət qədər tanınan, təkbaşına həyatını, evini quran idim. Təkbaşına uşaq saxlayırdım. Bir qəzetin baş redaktoru idim. Nə qədər işçisi olan insan idim".

PİA.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı söyləyib. O, böyük oğlu ilə bağlı sualları cavablandırıb. Hidayətqızı "Böyük oğlunuz niyə yanınızda yoxdur" sualına əsəbiləşib:

"27 yaşında kişi 3-5 yaşında uşaq deyil. Siz məndən Arda və Arını soruşsanız, deyərdim yanımdadır. 27 yaşında kişi ana, ata, ailə, nəsil saxlayır, vəzifə başında olur. Ana yanında olmur, özünə bunu sığışdırmır. Mən istəyirəm ki, bizim kişilərimiz kişi kimi, şəxsiyyətli böyüsünlər. Bu şəkildə düşünün. 27 yaşı var, o yaşda atamın neçə uşağı var idi.

27 yaşında bir kişinin ana yanında olması, ana tərəfindən saxlanılması utancvericidir. Əgər elə bir yaşda ata-ana yanındasansa, ayıbdır. Ata-ananı sən saxlamalısan, gözəl iş sahibi olmalısan. Vəzifə önəmli deyil. Əsas iş sahibi olmağındır. Pis baxıram ki, 27, 30, 40 yaşında kişi hələ də valideyn yanındadır. Ayrı yaşaması lazımdır. Onu mənim yanımda axtarmayın. Harada olacaq, işində gücündə".

Övladını evləndirməklə bağlı yazılanlara Xoşqədəm "O da mənim işim deyil. Bir insanı zorla evləndirmək olmaz. Gərək özü istəsin, bəyəndiyi olsun ki, evləndirim. İstəsə, məmnuniyyətlə" reaksiyasını verib.

Qeyd edək ki, X.Hidayətqızı türkiyəli müğənni Doğuşla ailə qurub. Onun bu nikahdan əkiz övladları var. Onun ilk nikahdan isə 27 yaşında oğlu var.(Axsam.az)

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar