Gəncədə 27 yaşlı kişini it dişləyib...
Hadisə şəhərin Yeni Gəncə yaşayış massivindəki binaların qarşısında qeydə alınıb.
1993-cü il təvəllüdlü Rövşən Məmmədov it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
27 yaşlı kişiyə quduzluq əleyhinə peyvənd vurulub, vəziyyətinin normal olduğu bildirilir.(apa)
pia.az