Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

26 fevral İndianada “Xocalını Anma Günü” elan edildi


ABŞ-ın İndiana ştatının qubernatoru Erik Holkomb (Eric Holcomb) xüsusi bəyannamə imzalayaraq, 26 fevral tarixini İndianada“Xocalını Anma Günü” elan edib


Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna daxil olmuş bəyanatda, Xocalı qətliamı dəhşətli faciə kimi pislənilir.
 
Bu, İndiana qubernatoru tərəfindən indiyədək Xocalı qətliamına dair imzalanan ilk bəyannamədir.
 
Sənəddə Xocalı qətliamı zamanı 600-dən çox mülki vətəndaşın, o cümlədən çox sayda uşaq, qadın və qocaların kütləvi şəkildə öldürüldüyü bildirilir. “Human Rights Watch” təşkilatının bu qətliamı regionda baş vermiş ən böyük kütləvi qırğın adlandırdığı vurğulanaraq qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, xoş münasibət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir. 
 
Həmçinin, qubernator Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün ABŞBMT də daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığını bildirir.         
 
Bəyanatın sonunda qubernator E.Holkomb İndianada və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər il 26 fevral tarixində Xocalı qətliamının qurbanlarını andıqlarını bildirərək, bu tarixi İndianada “Xocalını Anma Günü” elan etdiyini açıqlayır və bütün İndiana sakinlərini bu günü anmağa çağırır.
 
Qeyd edək ki, ABŞ-ın hazırkı vitse-prezidenti Mayk Pence (Mike Pence) indiki vəzifəyə seçilməzdən öncə, 2013-2016-cı illərdə İndiana ştatının qubernatoru vəzifəsini daşıyıb.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar