Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

26 media nəhənginin rus səfirə müraciət rüsvayçılığı: Bu nə üçün idi?

Şuşaya atılan “İsgəndər-M” raketi ilə bağlı bu gün media təmsilçilərinin Rusiyanın Azərbaycandakı səfirinə müraciət ünvanlaması ağrıdıcı hadisədir. O müraciəti imzalayanların ölkənin media məkanının aparıcı simaları, həm də nüfuz sahibi olmaları isə məsələnin daha alçaldıcı tərəfidir.

Əvvəla, ictimai narahatlıq bu cür ifadə olunmur, bunun üçün dövlətin müvafiq qurumları var. Rus səfir Azərbaycan XİN-ə dəvət olunmalı, ona “İsgəndər-M”-in Şuşada tapılan raketi ilə bağlı faktlar detallı təqdim edilməli və izahat tələb edilməlidir.

Bir az da yuxarı instansiyada XİN rəhbəri rusiyalı həmkarı ilə bu mövzunu müzakirə edib, məsələyə aydınlıq gətirilməsini istəməlidir.

Daha mötəbər iş Azərbaycan Müdafiə Nazirliyinin olayı üstlənməsi, ANAMA-nın arxasında gizlənməkdən nəhayət, özündə güc tapıb qurtulması, prosesə müdaxilə etməsi və Rusiya müdafiə naziri səviyyəsində müzakirəyə təşəbbüs göstərməsidir. Zərurət yaranacağı tərzdə, bundan da yuxarı diplomatik addımlar var.

İkincisi: ANAMA-nın özü beynəlxalq missiya istəyə, ən azı, türkiyəli mütəxəssislərin cəlbi ilə araşdırıcı komissiya qondara bilərdi. Hətta bu araşdırıcı komissiyaya rusiyalı mütəxəssislərin də dəvət edilməsi “ikitərəfli strateji əməkdaşlığı” qorumaq çərçivəsində atılan diplomatik etiket qaydası olardı.

Yoxsa 26 nüfuzlu media təmsilçisini qabağa itəliyib, “ictimai müqavimət” görüntüsü adı altında bir “müraciət” tirajlamaq qədər aşağılanmağı təsəvvür belə etmək çətindi.

Hədəfin seçilməsi də naşılıqdır. Niyə Rusiyanın Azərbaycandakı səfiri? Bu səfir öz ölkəsinin maraqları və hazırda Azərbaycan ictimaiyyətinin gözündə bərbadlaşan imici haqda özü düşünməli, özü təşəbbüs göstərməli və efirə çıxıb, açıqlama verməlidir. Bu, onun diplomatik missiyasıdır. Səfir özünü dağ başına qoymamalı və 26 nüfuzlu media işçisi də ona “müraciət” etməməlidir.

Həm də “müraciət”! Niyə sorğu yox, “müraciət”? Bu ifadələr arasındakı fərqi izahmı etmək lazımdır?

Yenə bir media qurumu rəsmi şəkildə sorğu göndərsə, sözügedən mövzuda səfirdən müsahibə xahişini bu cür ictimai şəkildə etsə, normal qəbul olunardı; cəhənnəm, Rusiya lideri Putinə müraciət edilsə, bəlkə də hansısa formada bunu anlamağa çalışmaq üçün bir az düşünmək olardı.

Hətta medianın bu nəhəng simaları Putinə belə “müraciət” etməyiblər, səfirin ayağına döşəniblər!

Hələ onu demirik ki, Rusiyanın “alibisini” də bizim media axtarmaqdadır: gah Rusiyadakı mənbələrə istinadla "İsgəndər-M"-lərin “gizli” şəkildə Cənub Hərb Dairəsindən Ermənistana ötürüldüyü informasiyası tirajlanır, gah erməni lobbisinin bunu gizli etdiyi yayılır... Hələ rus gömrükçülərinin tanklarda istifadə edilə biləcək “stabilizator detalını” da biz yayırıq.

Budur, artıq Rusiya mediası da Azərbaycan mediasına hansısa yollarla ötürülən informasiyanı dərc etməyə başlayıb. Guya, “İsgəndər-M” Ermənistana Rusiya siyasi-hərbi rəhbərliyinin razılığı olmadan və gizli şəkildə “sürüşdürülüb”. Sanki özümüz aldanmağa tamarzı olduğumuzu göstərmək istəyirik – təki Rusiya rəsmiləri reaksiya verib, heç olmasa, “bizlik deyil” desinlər və biz xoşbəxt olaq!

44 günlük müharibə ilə bütün dünyanın hərbi mütəxəssislərinin savaş düşüncəsini dəyişən bir Ordunun potensial əsgərləri və mediası kimi özümüzü aparmağı öyrənə bilməmişik. Özündənbədgüman, özünəinamsız, ehtiyatlı, çayı üfürə-üfürə içmək təfəkküründən qurtulmağı bacarmırıq!

Yadıma Heydər Əliyevin Ermənistana 1 milyardlıq silah verilməsinə görə Bakıdakı Rusiya səfirini çağırıb, canlı efirdə 2 saat it gününə qoyması düşür! İlahi, Heydər Əliyev səfirə nələr deməmişdi?!

Vəfa Quluzadə o görüşlə bağlı xatirələrində səfirin heç vaxt bu qədər aşağılanmadığını etiraf etdiyini söyləmişdi!

O vaxt ki, Azərbaycanla Türkiyənin münasibətləri bu səviyyədə deyildi!

O vaxt ki, Azərbaycanın torpaqları hələ işğal altında idi!

O vaxt ki, Azərbaycanın dövlət büdcəsi 300 milyon dollar idi!

İndi nə baş verib?

Venediktova inansaq, İlham Əliyev bu xəbəri alan kimi Putinə dərhal zəng edib və müzakirə aparıb. Bəs, dövlət strukturları? Bəs, MN, XİN, digər rəsmilər?

Əlbəttə, Rusiya liderinə bu məqamda ictimai müraciət də mümkün idi. Amma onu aktiv mediada olmayan ağsaqqallar – Cahangir Məmmədli, Qulu Məhərrəmli - edə bilərdi. O da strateji düşüncə ilə. Ki, “Putin, Rusiyanın imici Azərbaycanda bərbad olur, bir əncam çək – bizdən deməsi” misalında.

Nəsə, bir utanc da media “podşivka”mıza belə arxivləndi: qorxaq və ehmallı-utancaq, həyalı, zavallı diplomatiyamızın çox pis və ayıb aləti kimi...(Bakupost.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar