Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

25 il əvvəl elan olunan atəşkəs - Azərbaycanın bu atəşkəsə ehtiyacı vardı?

Politoloq: “Bu atəşkəs protokolu bizə müəyyən müddətdə lazım idi. Hazırda isə, belə bir atəşkəs sazişinə Azərbaycanın ehtiyacı yoxdur”

“Paşinyanın atəşkəslə bağlı qeyd etdikləri siyasi avantüradır. Onlar sülh istəyirlərsə, yalnız əraziləri boşaltmalıdırlar. Əgər, buna getmirsə, demək siyasi avantüradı”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə 25 illik atəşkəs dönəmini PİA.az-a şərh edərkən qeyd edib.

Mayın 12-də Bişkekdə Azərbaycanla Ermənistan arasında atəşkəs haqda protokolun imzalanmasının 25 ili tamam oldu. Bu 25 illik atəşkəs böyük sülh anlaşmasının imzalanmasına gətirmədi. Sülhün imzalanmamasının məlum olan bir neçə səbəbləri var. Səbəblər sırasında ən birinci Rusiya amilini göstərmək lazımdır. Çünki Rusiyanın əlində 25 illik müddətdə unikal imkanlar ola-ola, münaqişənin həllinə nəinki töhfə vermədi. Həmçinin konfliktin dinc həllində hansısa, real irəliləyiş şansı yaranan kimi nizamlama prosesini müxtəlif üsullarla pozdu.

Rusiya Xarici İşlər Nazirliyi İnformasiya və mətbuat idarəsinin Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşmasının imzalanmasının 25-ci ildönümü ilə əlaqədar yaydığı açıqlamada deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çox mürəkkəb prosesdir. Onun yüksəlişi və enişi var. Tənzimlənmənin əsas məqamlarını razılaşdırmaq üçün tərəflərdən vaxt və siyasi iradə tələb olunur. Biz kompromis axtarışı ilə bağlı BakıYerevana fəal yardım etməyə səy göstərəcəyik. ATƏT-in Minsk Qrupu həmsədrliyi çərçivəsində ABŞ və Fransa ilə vasitəçiliyimizi əvvəlki kimi gücləndirəcəyik.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də ErmənistanAzərbaycan arasında atəşkəsin 25 illiyi ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, “Münaqişə zonasında atəşkəsin elan edilməsi birmənalı şəkildə bütün hərbi fəaliyyətin dayandırılması, işğalçı qüvvələrin geri çəkilməsi, beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi, kommunikasiyaların bərpası, məcburi köçkünlərin geri qayıtması və münaqişənin yekun həlli üçün danışıqların davam etdirilməsi kimi məqsədlərlə əlaqələndirilib.

Bu o deməkdir ki, atəşkəs yuxarıda qeyd edilən məqsədlər kontekstində kompleks yanaşmanı nəzərdə tutur. Yəni atəşkəsə riayət olunması təkcə atəşin dayandırılması deyil, həmçinin hərbi qüvvələrin münaqişə zonasından çıxarılmasını və işğal vəziyyətinin möhkəmləndirilməsinə xidmət edən fəaliyyətdən, o cümlədən məcburi köçkünlərin qayıdışına maneə olan hərəkətlərdən çəkinilməsini nəzərdə tutur.

Atəşkəsin əldə edilməsinə baxmayaraq, ötən 25 il ərzində Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrində tarixən yaşayan Azərbaycanlıların etnik təmizlənməsi ilə nəticələnən, beynəlxalq tanınmış ərazilərimizin beşdə birinin Ermənistan tərəfindən işğalı hələ də davam edir. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərində qanunsuz mövcudluğunu davam etdirməkdədir.

Dünya ictimaiyyətinin tələbləri, o cümlədən beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına cavabdeh olan BMT TŞ-nin qəbul etdiyi qətnamələr təcavüzkar Ermənistan tərəfindən rədd edilir. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin başçılarının da dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaradılmış status-kvo dayanıqlı deyil və qəbuledilməzdir.

Atəşkəs, həmçinin, münaqişənin həlli üçün danışıqların sürətləndirilməsini nəzərdə tutur. Aydındır ki, atəşkəs münaqişənin həlli deyil, o münaqişənin həllinə aparan yolda müvafiq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün şərait yaradır. Lakin bütün bu illər ərzində Ermənistan münaqişənin həlli üzrə nəticəyə yönəlik substantiv danışıqların aparılmasından və beynəlxalq ictimaiyyətin işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması tələbindən davamlı imtina edir.

Ermənistan öz əhalisini və beynəlxalq ictimaiyyəti yanıltmaq cəhdlərindən əl çəkərək, təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, öz beynəlxalq öhdəliklərinə əməl etməli və münaqişənin ən qısa zamanda həlli üzrə aparılan danışıqlar prosesində konstruktiv şəkildə iştirak etməlidir”.

25 il əvvəl Azərbaycanın bu atəşkəsə ehtiyacı vardı? Həmçinin dünən Ermənistanın baş naziri Nikol Paşinyan atəşkəsin elan olunmasının 25 illiyi münasibəti yayımladığı açıqlamada bildirib ki, erməni və azərbaycan xalqları sülhü və inkişafı haqq etdiyindən əmindir. Ermənistan lideri hər kəsi bu yöndə hərəkət etməyə çağırıb. Paşinyanın bu çağrışını səmimi qəbul etmək mümkündürmü?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq, Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadəyə müraciət edib.

Məhəmməd Əsədullazadə: “Bişkek protokolu 2016-cı il aprel döyüşlərində qüvvədən düşüb”.

Bu protokola görə işğal olunmuş ərazilərdən Ermənistanın çəkilməli olduğunu xatırladan politoloq əlavə edib ki, Ermənistan həmin ərazilərdən çəkilmədi və indiki dövrdə Azərbaycana atəşkəs müqaviləsi lazım deyil:

Ermənistanla Bişkekdə bağlanan atəşkəs protolundan 25 il keçir. Bu atəşkəs protokolu bizə müəyyən müddətdə lazım idi. Hazırda isə, belə bir atəşkəs sazişinə Azərbaycanın ehtiyacı yoxdur. Bişkek protokolu 2016-cı il aprel döyüşlərində qüvvədən düşüb.

Yenidən o protokola istinad etmək maraqlarımıza uyğun deyil. İlk növbədə bu protokola görə işğal olunmuş ərazilərdən Ermənistan çəkilməli idi. Amma, çəkilmədi. Biz də hazırkı vəziyyətdə niyə bu atəşkəsə riayət etməliyik? Güclü ordumuz var və bizə atəşkəs müqaviləsi lazım deyil. Bu görünür Ermənistana sərf edir ki, atəşkəsə maraqlıdır.

Paşinyanın atəşkəslə bağlı qeyd etdikləri siyasi avantüradır. Onlar sülh istəyirlərsə, yalnız əraziləri boşaltmalıdırlar. Əgər, buna getmirsə, demək siyasi avantüradı. Bu gün Ermənistan müharibədən çəkinir. Müharibə bu ölkənin məğlubiyyətidir. Ona görə də öz siyasi hakimiyyətini laxlatmamaq üçün sülhdən danışır, müharibədən çəkinir. Azərbaycan Paşinyanın bu avantürasına inanmır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar