Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

24 min bakalavr imtahan verəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı il martın 6-da 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirəcək. İmtahanda 24110 nəfər iştirak edəcək


TQDK-dan verilən məlumata görə, imtahan Respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, ŞəkiLənkəran şəhərlərində, ümumilikdə 41 imtahan mərkəzində aparılır. 

İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır.  Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün TQDK-nın internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur. 

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini, “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər.
 
Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq. 

Bu mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürun) inkişaf səviy­yəsinin yoxlanılması üçün 50 (5-i açıq tipli), informatika üzrə 25 (5-i açıq tipli) və xarici dil üzrə 25 (5-i açıq tipli) test tapşırığı təqdim olunur. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
 
Bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.   

Məlumat üçün bildirək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 10-dan 19-dək aparılıb. İmtahanda iştirak etmək üçün 24110 (ötən il 23231) bakalavr ərizə təqdim edib. Onlardan  21822 nəfəri Azərbaycan bölməsi, 2288 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 10281 nəfəri oğlan, 13829 nəfəri isə qızlardır. Bakalavrlardan 11550 nəfəri cari ilin məzunları, 12560 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 63 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1958-ci il təvəllüdlü, ən gənc isə 1997-ci il təvəllüdlüdür. 

İmtahanın idarə olunmasına 168 imtahan rəhbəri, 1828 nəzarətçi-müəllim cəlb olunacaq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar