Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

23 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkarlanıb


“Bu ilin 9 ayında bələdiyyələrə metodoloji yardım, onların maarif­lən­dirilməsi məqsədilə 140-a yaxın seminar, diskussiya, görüşlər keçirilib. Bu tədbirlərdə 6 mindən çox bələdiyyə üzvü və qulluqçusu iştirak edib. Təhlillər göstərir ki, bələdiyyələrlə iş mərkəzinə daxil olan şikayətlərin, eləcə də qanunsuz hesab olunan qərarların əksəriyyəti torpaq qanunvericiliyinin pozulması ilə bağlı olub. İnzibati nəzarəti həyata keçirən orqanların təkliflərinə əsasən qanunsuz olduğuna görə ləğv edilmiş aktların sayı təxminən 2 dəfə artaraq 1040 ədəd olub”


APA-nın yerli bürosunun xəbərinə görə, bunu Qəbələdə keçirilən “Azərbaycanda yerli özünüidarəetmənin inkişafı: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfransda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadə deyib.

Z. Əlizadə bildirib ki, hələ də bəzi bələdiyyələr tərəfindən bələdiyyənin mülkiyyət hüququ tanınmadan, yaxud müvafiq rəylər alınmadan torpaq sahəsinin satılması və ya icarəyə verilməsi haqqında, satışı qadağan olunan kənd təsərrüfatı təyinatlı torpaqların satılması haqqında qərarlar qəbul edilir, torpaqların bazar qiymətindən aşağı satılması, bələdiyyə qərarlarında müsabiqənin şərtlərinin müəyyən edilməməsi, bələdiyyə mülkiyyətində olan torpaqların zəbt olunmasının qarşısının alınmaması hallarına yol verilir, mülki dövriyyədə olan torpaqlarla bağlı əhali vaxtında məlumatlandırılmır. Məhz bu kimi hallara yol verildiyinə görə inzibati nəzarəti həyata keçirən ədliyyə orqanlarının təkliflərinə əsasən bu ilin 9 ayı ərzində 2162,5 hektar torpaq sahəsi ilə bağlı qanunsuz qərarlar ləğv olunub. İnzibati nəzarətlə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu ilin ötən dövründə 23 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkar olunduğuna görə toplanmış materiallar istintaq orqanlarına göndərilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar