Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

230 milyard borcu olan bu adamın Azərbaycanda nə işi var?

Rusiyanın iki iri bankı- VTB və “MTS-Bank” müflis olmuş “Transaero” hava yolları şirkətinin sahibi Aleksandr Pleşakovun aktivlərini axtatır


Pleşakov həmin banklara müvafiq olaraq 9 və 4.1 milyard rubl borcludur.

“Transaero” şirkəti ötən il Sankt-Peterburq və Leninqrad vilayəti Arbitraj məhkəməsinin qərarı ilə müflis elan edilib. Şirkətin borcunun ümumi məbləği 230 milyard rubldur (4 milyard dollara yaxın), bu isə “Transaero”nun cəmi aktivlərinin dəyərini 144 dəfə keçir. “VTB bank” şirkətə krediti dövlət təminatı ilə ayırmışdı.

“Vedemosti” yazır ki, “VTB bank” şəxsən Pleşakovun müflis elan edilməsi üçün Moskva Arbitraj məhkəməsində iddia qaldırıb. İddia ərizəsində göstərilib ki, Pleşakov “Transaero”nun səhmlərinin 59.48 faizinin sahibi idi. 2015-ci ilin sentyabrında şirkətin əməliyyat fəaliyyəti üçün vəsaiti qalmayanda Pleşakov səhmlərə nəzarət edirdi.

“Transaero” Rusiyada “Aeroflot”dan sonra ikinci ən iri aviadaşıyıcı olub. Şirkət müflis duruma düşəndən sonra iki ay “Aeroflot” onu maliyyələşdirib. Lakin 2015-ci ilin oktyabrında “Rosaviasiya” şirkətin lisenziyasını alıb və barəsində müflisləşmə proseduru başladıb.

Arvad Olqa ilə birlikdə 1992-ci ildə “Transaero”nu yaradan Pleşakov isə həmin vaxt Rusiyanı tərk edib. 2017-ci ildə Pleşakov Amerika məhkəməsinə bildirib ki, (şirkət amerikalı kreditorlara da borcludur) Azərbaycanda və Avropa İttifaqı ölkələrində yaşayır.

Ötən il “MTS bank”ın iddiası əsasında ABŞ-ın Florida ştatının məhkəməsi Pleşakovun məsələsinə baxıb. Məhkəmə qərara alıb ki, Pleşakovun Florida ştatında fəaliyyət göstərən “Sky Ocean International” şirkətinin aktivləri barədə iddiaçıya məluma təqdim edilməlidir. Bu məlumat cavabdehin müflisləşmə proseduru ilə bağlıdır. Şirkət Florida ştatında milyonlarla dollarlıq daşınmaz əmlaka malikdir. Həmin məhkəmə prosesi zamanı Pleşakov yaşayış yeri kimi Azərbaycanı və Avropa İttifaqı ölkələrini göstərib. Lakin onun Azərbaycanda hansı aktivlərinin olduğu barədə məlumat yoxdur.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Ən çox oxunanalar