Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

23 trilyon dollarlıq borcdan necə yaxa qurtarmalı?

ABŞ etirazlarla İranda mini-çevrilişə can atır...

Ergün Diler

“Takvim”, Türkiyə, 21 noyabr 2019-cu il

ABŞ-ı yaxşı anlamaq və məqsədinin nə olduğunu öyrənmək üçün iqtisadçıların səhnəyə çıxması lazımdır. ABŞ-ın bütün məqsədi dolları qorumaq, istifadə etmək və özünə aid olmayan pulu xərcləməyə davam etməkdir.

ABŞ çox uzun müddətdir özünə aid olmayan pulu istifadə edərək, rifahını təmin etməkdədir. Bunu bilməli olan hər kəs bilir. Hazırda etməyə çalışdıqları da elə budur.

ABŞ enerjiyə oktapod kimi sarılaraq, dövlətlərin “aortalarına” hökm etmək istəməkdədir. Beləliklə, II Dünya Müharibəsindən sonra qurduqları sistemin davam etməsini nəzərdə tuturlar. Motivasiyaları budur.

İstanbulda boy göstərmələrinin səbəbi də budur. İstanbulun mərkəzində törədilən Ceyms Edvard Qustav Le Mezurye sui-qəsdi adi bir hadisə kimi göstərilməyə çalışılsa da, çox effektli bir həmlə idi.

ABŞ-ın yeganə güc olmaq üçün atdığı addımlardan biri olan bu sui-qəsddən 18 il öncəyə gedək.

2001-ci ildə ABŞ-ın xarici borcu 7,7 trilyon dollar idi. Davamlı artan bu borcun azalması dünyadakı enerji mənbələrinin nəzarətə götürülməsi və Çinin idarə edilən gücə çevrilməsilə mümkün ola bilərdi. Bu səbəblə, 11 sentyabr hücumları təşkil edildi.

ABŞ xalqının 65%-i 11 sentyabr hücumlarının “dərin Amerika” tərəfindən edildiyini bilir. Amma bizlər bunu illər öncə söyləyəndə, anlamayan çox idi. Buna “zamanın ruhu” deyərək, keçək. 11 sentyabr hücumlarından bir neçə ay öncə Daniel Payps və Stiven Emerson maraqlı bir yazı qələmə aldı. Yazıda, belə demək mümkündürsə, Əl-Qaidənin “Göydələnlər necə çökdürülə bilər?” çalışması üzərində işlədiyinin altı cızılırdı. Bu edilərkən Manhettendəki Dünya Ticarət Mərkəzinə işarə edilirdi. Yəni, ABŞ 11 sentyabrı, media vasitəsilə yeni dünya nizamına keçməyi planlaşdırırdı. Yeni dünya nizamı “yeni media nizamı” ilə qurulurdu.

ABŞ mediasının dünyadakı təsirli qurumları olan “New York Times”, CNN, “Washington Post”, “Wall Street Journal” və Fox 11 sentyabr hücumlarından öncə Əl-Qaidə ilə Manhetteni bir araya gətirirdi. Hücumlar üçün infrastrukturun hazırlanması işi sürətli şəkildə tamamlanırdı.

“Dərin Amerika” gözləniləni həyata keçirdi və təyyarələr Dünya Ticarət Mərkəzinə girdi. Bir terror təşkilatı düşünün, “Əkiz qüllələr”i vururdu və ikisi də çökürdü. Komanda mərkəzi isə Tora-Bora idi.

Əl-Qaidənin istifadə etdiyi iddia edilən təyyarələr nə üçün sadəcə daha 3,5 dəqiqə uçaraq, Manhettəndən 70-80 km uzaqda yerləşən Byukenendəki “Indian Point” AES-i bombalamırdı? Bunu soruşan bir kimsə yoxdur. Bu həyata keçsəydi, ən azı, 100 min, bəlkə də, 1 milyon adam həyatını itirəcəkdi. Ancaq “dərin Amerika” hücumun səs çıxarması üçün 3 min adamı qurban verə bilirdi. Bunu daha da artırmaq istəmirdi.

Hücumdan bir neçə saat sonra Əl-Qaidə və Üsamə Bin Ladenin adı açıqlandı. Dünya ABŞ-ın yanında idi. Uydurulan sənədlər artıq rəsmiləşəcəkdi. ABŞ Əfqanıstan və İraqı işğal etdi. Neftə əl qoysa da, ABŞ istədiyini əldə edə bilmirdi. 3 il içində borcu 8 trilyon dollara çıxırdı. ABŞ hərbi əməliyyatlar keçirdikcə, borc qatlanaraq daha da artırdı. ABŞ-ın hərbi əməliyyatları davam etdirdiyi 18 il ərzində borcu qatlanaraq artdı. Qısa müddət öncə açıqlanan hesabata görə, ABŞ-ın borcu artıq 23 trilyon dolları aşmışdır.

ABŞ Maliyyə Nazirliyinin önəmli iqtisadçıları ölkənin iflas həddində olduğunu söyləyirlər. Bu səbəblə, yeni bir yol tapmaq lazımdır. ABŞ İrana qarşı əməliyyat keçirmək istəyir, ancaq bunu hərbi yolla etmək istəmir. İranda başlayan üsyanlarla mini-çevrilişə nail olmaq niyyəti vardır. Bütün plan bu yöndə irəliləyir.

Eyni plan İraq üçün də keçərlidir. Suriya onsuz da BMT-yə “dönübdür”. Suriya neft baxımından deyil, geopolitik baxımdan önəmlidir. Bu gün ABŞ, Rusiya, İran, Türkiyə və Fransanın Suriyada hərbi bazaları vardır. Suriyada 9 hərbi bazası olan Fransa Türkiyəyə “Suriyada nə işin var?” deyə bilir. Lakin həmin Fransanın bu məsələ ilə bağlı ABŞ, Rusiyaİrana qarşı səsi çıxmır. Çünki Fransa kürdlər üzərində olan təsirindən istifadə etmək istəyir.

ABŞ da Rusiyaİranla qarşı-qarşıya gəlmək yerinə, Türkiyəni hədəf seçir. Çünki Türkiyə ilə Aralıq dənizində qarşı-qarşıya gəlmək üzrə olan bir Fransa vardır. Kürdlər üzərində təsirə malik olan Fransa Türkiyə daxilində də qarışıqlıq yaratmaq üçün əlindən gələni edəcəkdir, etmək istəyəcəkdir…

Təkrar başa dönək. Günlərdir haqqında yazdığımız Ceyms Edvard Qustav Le Mezurye sui-qəsdi üzərində dayanaq.

Fransız gizli xidməti son “Ceyms Bond”un Karaköydə öldürüləcəyini öyrəndi. Bu məlumatı əldə etdikləri anda öz planlarını dövrəyə soxmaq üçün addım atdılar. Fransa bu sui-qəsdin nəticəsində Türkiyəni hədəfə qoyacaqdı. Fransız gizli xidməti çox önəmli, tanınan bir kürdü (ölüsünü – tərc.) Ceyms Edvard Qustav Le Mezuryenin cəsədinin yanına buraxacaqdı.

Sui-qəsd planını hazırlayan ABŞ Rusiyanın günahlandırılmasının önünü açarkən, Fransa da önəmli bir kürd vətəndaşı vasitəsilə Türkiyəni ittiham edəcəkdi. Ancaq Fransa kəşfiyyat qrupu Türkiyənin o kürd vətəndaşını Diyarbəkirdən İstanbula gətirə bilmədi.

Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) 2013-cü ildə Parisdə PKK-çı Səkinə Cansız, Fidan Doğan və Leyla Söyləməzi öldürən xüsusi əməliyyat qurumuna bu tapşırığı verməsi hadisənin böyüklüyünü ortaya qoyurdu. Ancaq o şəxs qaçırıla bilməyincə, plan boşa çıxdı. Diyarbəkirə gedənlər həmin şəxslə görüşmək üçün “Dəmirtaşdan önəmli mesajlar var” deyərək, qapını aralamq istədilər, lakin alınmadı. Karaköydə sadəcə Ceyms Edvard Qustav Le Mezuryenin cəsədi tapıldı.

Yaxşı, bəs oyun bitdimi? Əlbəttə, xeyr. Davam edəcək. Həm də şiddətli formada…(Tərcümə Strateq.az-ındır)

pia.az


Etiket: ABŞ etirazlar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar