Çərşənbə, 20 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

225 tələbə xaricdə təhsil almaq hüququ qazanıb

225 nəfər azərbaycanlı tələbə xaricdə təhsil almaq hüququ qazanıb


Bu barədə məlumat Təhsil Nazirliyinin 2017-2018-ci tədris ili ilə bağlı hesabatında yer alıb.

Hökumətlərarası müqavilələrə əsasən, tələbələrdən 22 nəfər Çin Xalq Respublikasında, 198 nəfər Macarıstanda, 5 nəfər Rumıniyada təhsil almaq hüququ qazanıb.

Həmçinin 2017-2018-ci tədris ilində Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı 75 ölkədən olmaqla 5541 nəfər təşkil edir. Bu isə ötən illə müqayisədə 10 faiz artım deməkdir. 2018-ci ilin əvvəllərində hökumətlərarası müqavilələr çərçivəsində 2018-2019-cu tədris ili üçün Macarıstanda, Rumıniyada, Latviyada və Çində təhsil məqsədi ilə Təhsil Nazirliyi tərəfindən seçimlər aparılıb, 250-ə yaxın Azərbaycan Respublikası vətəndaşının namizədliyi təsdiq olunmaq üçün müvafiq ölkələrin aidiyyəti qurumlarına təqdim edilib.(lent.az)

pia.az
Etiket:
loading...