Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

21 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirilib - Siyahı / Foto

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir...

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən 20 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 207 ictimai iaşə obyekti, 214 ərzaq satışı mağazası olmaqla ümumilikdə 421 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 100-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Gəncə şəhərində "Ulduz" kafesi, "Əminə market", "Araz market", "Təbriz" market, "Nur" market , Məhsəti Mehtiyeva Zülfiqar qızına, Əsgərov Könül Məmmədəli oğluna, Xəlilov Nail Məzahir oğluna məxsus ərzaq mağazaları

Şabran rayonunda “Mini market” ərzaq mağazası

Neftçala rayonunda Hüseynova Səmayə Qurbanxan qızına, Əsgərova Zülfiyyə Ərman qızına, Cəfərov Zakir Adıgözəl oğluna məxsus ərzaq mağazaları, Əsədli Azər Rəqib oğluna məxsus kafe

Göyçay rayonunda “İki qardaş” market, “Aysu” market

Qəbələ rayonunda “Turist” market, “Tufandağ” market, Məhərrəmov Babək Mayıl oğluna məxsus market, “Həyat” kafesi

Tovuz rayonunda Paşayev Elçin Mustafa oğluna məxsus kafe

Lənkəran şəhərində “Köz Dönər” restoranı, “Qardaşlar” kafesi

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir. (APA)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar