Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

20 yanvar faciəsinə həsr olunmuş tamaşa nümayiş olunacaq


Bir neçə gündən sonra müdhiş qanlı yanvar faciəsinin 27-ci ildönümü tamam olur


ADGTT-da yanvarın 20-də yazıçı-dramaturq Tamara Vəliyevanın yanvar faciəsinə həsr olunmuş "Mənim ağ göyərçinim" tamaşası nümayiş olunacaq.

Tamaşa Prezident Adminstrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş "20 yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na uyğun olaraq reallaşacaq.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, tamaşanın süjeti azadlıq və müstəqillik uğrunda həyatlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub.
Tamaşada "Aytam" uşaq və gənclərin mədəni maariflənməsi İctimai Birliyinin üzvləri, ümumtəhsil məktəblərində təhsil alan yuxarı sinif şagirdləri iştirak edəcəklər.
Səhnə əsərinin quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.

Səhnə əsərində əsas rolları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa edəcəklər.

Tamaşa yanvar ayının 20-də, saat 15.00-da nümayiş olunacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar