Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

20 manatlıq benzin 650 manata başa gəldi -“Lukoil”lə bağlı daha bir fakt


Azərbaycanda bəzi, xüsusən regionlarda yerləşən yanacaqdoldurma məntəqələrində benzinin keyfiyyətinin çox aşağı olması və tez-tez fırıldaqları ilə gündəmə gələn “Lukoil”lə bağlı daha bir şikayət var


BakuPost xəbər verir ki, bu barədə sürücü Mədət Adışov sosial şəbəkədə yazıb. O, YardımlıSalyan rayonlarında yanacaq doldurma məntəqəsində vurduğu benzinin avtomobilini sıradan çıxardığını deyib.

Bildirib ki, keyfiyyətsiz 20 manatlıq benzin ona 650 manata və mənəvi ziyana başa gəlib.

“İstirahətdən qayıdarkən Yardımlıdakı yanacaqdoldurma məntəqəsinə yaxınlaşdım. Benzinin keyfiyyətini soruşanda oradakı işçilərdən biri “nə yaxşı, nə də ki, pis deyə bilərəm” deyə cavab verdi.

Benzinim az idi, yolda qalmamaq üçün 20 manatlıq Aİ-92 markalı yanacaq doldurdum. Yol boyu maşın sürət yığmasa da, əlavə problemlər də yaratmadı. Fikirləşirdim ki, Salyana çatarıq, orada yəqin nisbətən daha keyfiyyətli yanacaq olar. Salyanın Qızılağac kəndi ərazisində yanacağın qurtarma ehtimalı olduğunu nəzərə alıb yaxınlıqdakı “Lukoil” yanacaqdoldurma məntəqəsinə döndüm. “Yanacağınız yaxşıdırsa, 20 manatlıq doldurun” dedim. “Keyfiyyətə söz ola bilməz” dedilər. Yanacağı alıb, yola düzəldik. İki-üç kilometrdən sonra maşın “ayağını yerə verdi”. Qaz verdikcə təzyiq aşağı düşür, sönürdü. Bir neçə dəqiqədən sonra yenidən maşını işə salanda yola düşür, iki-üç kilometrdən sonra həmin hadisə yenidən təkrarlanırdı”

M. Adışov 3 saat sonra Ələtdəki “SOCAR” yanacaqdoldurma məntəqəsinə çatıb: “Burada 20 manatlıq “Premium” markalı benzin əlavə etdik ki, bəlkə bizi Bakıya çatdırar. Maşın “öskürə-öskürə” zorla bizi Bakıya çatdırdı. Növbəti gün maşını usta yanına apardım. Yaranan problemləri aradan qaldırmaq mənə 650 manata başa gəldi”.

Sürücü bu hadisə zamanı avtomobildə olan nəvələrinin mənəvi zərər gördüyünü deyib: “Kürsəngi ətrafında 40 dərəcə istidə maşın hər xarab olduqca, nəvələrim həyəcanlanır,”Baba, bəs nə olacaq? Burda qalacağıq? Mən də onları güclə sakitləşdirirdim.

Bu kimi hallarla yəqin ki, gündə yüzlərlə sürücü rastlaşır. Amma şikayətin mənasız olduğunu düşünərək şikayət etmirlər. Bir vaxtlar “biz benzini Avropa standartlarına uyğunlaşdırırıq deyərək qiymətləri qaldırmaq üçün min oyundan çıxan Standartlaşdırma və Metrologiya Komitəsi, Dövlət Neft Şirkəti və digər istehlakçıların hüquqlarının qorunması adı altında qondarma quraşdırılmış təşkilatlar belə hallara nə qədər məsuliyyətsiz yanaşacaqlar?”

Qeyd edək ki, mətbuatda dəfələrlə “Lukoil”lə bağlı şikayətlər dərc olunub. Müxtəlif vaxtlarda edilmiş şikayətlərin əksəriyyətində sözügedən YDM-də sürücülərin aldadıldığı, benzinin daha az vurulduğu bildirilib. Bəzi sürücülər bu yanacaqdoldurma məntəqələrini boykot etməyə səsləyiblər. Bəzilər isə analoji halların bütün yanacaqdoldurma məntəqələrində rast gəlindiyini yazıblar. Çoxluq isə bu fikirdədir ki, sürücülərə qarşı ən çox dələduzluq hallarına məhz “Lukoil” YDM-də rast gəlinir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar