Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

20 dəqiqəlik görüş, kürdlərə verilən silahlar və böyüyən dostluq?..


Tramp və Ərdoğanın görüşü iki ölkə arasında problemləri çözdümü?


Tofiq Abbasov: “Strateji məsələlərdə Vaşinqton əvvəlki tək öz bildiyi kimi hərəkət edəcək”.

Nazim Cəfərsoy: “PYD məsələsində zamanla ABŞ-la Türkiyə arasında hansısa xırda və ya orta dərəcəli gərginliklər yarana bilər”.

Dünən ABŞ prezidenti Donald Tramp Ağ Evdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul edib. Liderlər ikitərəfli əlaqələrin möhkəmləndirilməsi yolları, terrorla mübarizədə əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər. Tramp və Ərdoğanın Ağ Evdə görüşündən sonra dünya mediası ABŞ-ın kürdləri silahlandırmasına rəğmən, Trampla Ərdoğanın dostluqlarının böyüyəcəyinə işarə vurub. Bunu iki liderin mətbuat konfransında Tramp da vurğulayıb. ABŞ-ın kürdləri silahlandırması şərtləri çərçivəsində Türkiyə ilə ABŞ arasında müttəfiqlik  hansı şərtlər altında inkişaf edə bilər? ABŞ-ın kürdlərə dəstək verdiyi şərtlər altında Türkiyə- ABŞ münasibətlərinin istiləşməsi gözlənilirmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Tofiq Abbasov və Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim  Cəfərsoyun fikirlərini öyrənib.

BMTeOuCMFrxxdWXJd+Eh0pWqn0HFsa9f7LY0W5wEVHl5/EuZZpamz1Gudu/srtDTLyMLPU4j94WVxnwmWXvbfae7dLfVOrZwV9tSQuXsek3yW1GFuyYW/RqC7mtOU0zmW1jetLs0f8A1DOfW6VivqpU7SWlrm5tqUfGqwEdCVcLrKVjyzeNj1AlM5YWjNLEWmrYqxHeNN6k4/4lJ3pM/maMN8E7VvgL1JdvFs0aETGoXOjVKkp5bEQAalCkIzUJrYxBQPSpgQBv4neVIVGCeCN17UEqyCAQhE9hGWKgdewy5ypPJZYlacVISql52wKWm8nUqRNCYNUD7wPH4KcHCUNUJCe7vT8Ur4REcg4QZ2SEzmbj1XNGhXbtB/OP6wib95/H+qf+4tW3Q6GJyB5FSBw2HxXNtdaBlfG4Sfqk6vacJFT9J/oV8Do3STOKAztKxBbrRrv/AKT/AONM3SVVs5/p+rUGzJ2/FG0n3h1WBV0vU1kdAPmETdPv/B0b/Wg6EOOvHZiiLp2hc9T024ey0+fzFE7TRw9Acrw+SDcMxmehxSbhEuJ+HNY38bkR3Y/1f0IqOmgBiw9T9ERtucIP0XAdstHmm41Wg92844eq/fuOfVb9r7VUKIJqGBqaHAu5CZK5PtD9oTKrXUqNAFrhBdVM9GtPzUzxmWOqyxtxy3HKVbMKtQB3qyCQrFSz0qWPdN/SPogsNpbGOa2KTWnErju5dO7Cz3GJ96kyyhHJaVjZUdm2NyvkUwflCm+9sAgKZVtlv5qhbrHebEcCqTGuYIK07XbWwsWrWLita3UWalbUF0HZmwd7UY0iQHNqO4UyHD/UGjmuasrC5wABJJAAGJJOoL1Xs7ovuKcH13QXH4NG4fMrZx47rTy56xcL9qzrlrovbg7usxgfReYM8ytLsl27Doo2lwBybVOR3P2H8WW1c59qtrvW67qp0mN5uLnHwIXKMK7ZdOGyV9H0mAgEOkboI6hEKY2lfPlj0nUo+lTqOYdrXFvWM+a7PQ/2mVWgCsxtUe8PQdz9k+Cvcx7I9RNLHM9JSbTHFc1ontvZqxDbxY46ngNBOoB0x4roWWjHHlwV3TtghSgz5CZ7sQNfnNP32OvoUBqCd0bDMqLBEHby+qIoHVBI2a8+ST6owy/ZBHUpHUOKGlTMyRyHxU1SoNRGpM6oNRHVXykkGCCiviVCawAwxy1hH3gAOtRUjwDgl3Q2JgQdie8NqJplNA39SjDSdY8UJowhlYslplnGv4D6IwCMbx4QFWbUO1G2ptVRYZUUl5QgI2hAUyhNNpzaOgRwqGldL0bM0OrVGsBynEng0YlUWjZWH2Gn+UKOpY6ABc6nTAGJJa0AcSuS039oVNno2dveH33S1o4NzPhzXCaZ0/XtJmrUJGpuTBwaMOeag9D0p2m0dSwaxtU/+20R+owOkrkNM9sw4FtGg2lPt3nOcOGQB5FcpUqqu4qLpLWrue4kkknMkkk80IKCmE7hqRVvQZa612em8Sx9RrXCSJBw1byF1XaLQ77I6WEupHKcS07CfguBbWLLRQLc21KThxD2n5L323UGvaQQC1wxB1grHLGVljlca8hNpftwQfeTrPitbtL2cqUCX02mpS1gYvZy9pu/P4rmmVWkSufKWOvDKWL/AN52YoKTnPIY0EuJgNGJJ2BDouyVLQ+5RbJ1k4NaNrivTezXZynZhI9KofWqEY8Gj2W7uqY4WpnySF2R7OdwBUqwascQwHMDa7aeQ39YXgCTkoGYBY/azSHdWao7Xdd8F0YyRyZZW3dePdoLb39qr1feqOjg30W+ACqNKgYpmqodxUDXQppUFYQeKC1SrkLf0P2rtFCAyoY1NcLwHCcuS5hjkYcrsemaN+0IjB4jeGgjpIK37J2pFbFjmuI1QAehevFg9SU6pBwKu009vOmXkyQ3DcP60Z0s4kG6DG4/1LzbQnbatRhtRrKzBqeBe5PiesrvdCdqLBaYaWtpPPsva0SfwuyPgUGg7SzjBLR0d4wo6ulnGPQGH5/otc2Cj/lM/SEx0ZRP+E3om0YtXTRwmnHNw6+ipHaZkepHAu/pWi7RFD/Kb4of4RR9zxd9U3RROmxEXMeP1anGl2+6eo+iuHQ9H3T+p/1Q/wAGo7D+t31TdFP+OM1k82FN/GqPvAfykLXNAbAhNmafZHQLDsv1e5mjS9H32+KkbpWl77OqtmwsPsN6BAdGUj/ht6BOy/TugBpSn77eqNukG+839QUbtD0f8tvRRu0FQ9wJ25fV3FmtpVjGOe4iGgk4jICcF4lpnSr7VaX1n6sGjU3YBwHxK7jt9To2eiGMEVKm84MGZ55dV5pZjg78x+QVm/yLN5Rvcko3FUMShKdRuKA2FG3agYICk1IG0HZ+8tlIfiB6Yr6AbSloG4LxjsBZr1rDtQvDnC9L7ZacdQpilR/4jhi73G7vxFL6NbqLTGl6dNxpt9OoM2g4N/M7VwzXC29jajnOqUKbnkmLpdTEfiIkk71p6BZBcxw9aXXtu3HaprXYIOWBXLlyXu09bpen4csfLc7LPs5YGU2ik4f4eEzrII9fjntXQsprzO2G4wxN7VGc6iDqK2ezHbB4inawSMhWAx/nAz4hbePPbn6zpZxZTtu9u6a1cR9pleLO4e85rB1k+DSu6bUaWBzSHNIkEGQRxXlv2pWmXUqf5nnn6Lf9y2uFwhbgna6M0SGJQNUcAJJgDWqrXl5k4DUPmd6ltFEEjYNWpINQEwJIgEIQGEkgnCAmFWaT4CqE4gdeAUpcoOv7J9sKlneG1HF9EmHAkks/E2fEL19j5AIMg4g7QcivnQVAvZ+wmkO8sNEk4tBYdfqOIb/phXZp05QEqP7x5gpu+Cd0TSZDCj7wbUu83puCRJJILJidJIJIEnTKjpvSbbNRdWdjAwHvOPqt86pQeS9vLYX2utPsuuAbA3D6nmuYsDpafzO+KtaZtzq1V9V5lziSdXkKjo13ou/MfksWay8qJO9yBhQFqQgI3BMAgIBO/JMU1Y4IOv8As/oEMFVok36kDbg1o5SF6PpXRrXMAcAThJjEnWZXN/Z3Yos9HDP0v1OJ+C7a0YyqOfs2iQ0gDjwUNpNKPWbGIIkeiRmDsW3Y2EvJ1AfsuetdQl7xOF52HM/P48lz8+Msjv6GW53yymWYPrBpxaMfopamiQ4hrRmpdHUorOcDm2I3ycec+C6TR1l9orLin8V67K/uefipQsYs9M92SMsJlpO8fReWdsbYa1rqOIi7DImYu5/6i5euaXqBok+qxpe7kJ+C8MqVC5xec3EuPFxk/FbXngISThDUEqKAogoxeG8eKjtT/RujN2HLWqh6NQuk6pw4KRqZjYAATwgNONqZrVXt9SBdGZwQHQxl23LgE1a0AJVCGgDUFHTc5/qsDR7xEk8Aooqdsd7LOphdt9n+kLQ55os9C8C7URLR9PguWoi4MSfPBdz9mdvpNrGm9g72pIZUkmBE93GQmDiM8tialR1ho20e2DyCU20e6eS6W6lCdkTurmTaLaPZaeSb73bPcaunuprqn7cO5IkmTrYxIJ0ycIEvJvtD7StrVvu7HC5SJBg+s/Inll1XrBXzTpP/AI54uUqxPajhKg0cfW5Hr/ZSn1XcFBo7N3AfNRks1Ck1NUTsQFqSCTtSSAlHWyUgTO1cQg917K2W5RpN2MaOjVpOGBUWhvVb+X5BWdqpFWg8Na5x4fsuUrvl7ztc4+J+vnI9HbvU/n/2lc031vO1c2eVuWnq9DhJLkGg0h4jOR44LsaDYw1ALlLJmOI+K65vqngs+K+Gn9Q/vP8Ajle3dfu7FVcc6pbTH8xxH6A5eQzK9T+1X/laP/yj/pvXlh1La4DEJJJFRTBqrU/TeXahgPmVa1ed6q6P9UKosOCFSOQKBF0BZxfeq7mieeX1V6rks2y+u/l81ReZRvGTkrQIbkgZkhqKCam+StKw2nuqjKjTDmuDm68QZCyKano+sOCK+gdD6QbaKLKzMniY2HJzeRBCuQuU+zP/AJL/AOyp8QurWbXSSSSQf//Z" alt="Картинки по запросу tofiq abbasov">
Tofiq Abbasov: “Türkiyənin bölgədə güclənmə niyyəti bir çox ölkələrin ürəyincə deyil və bu sırada Amerika əsas yerlərdən birini tutur”.


ABŞ-ın kürd dövlətinin yaranmasındakı geosiyasi marağından Türkiyənin ciddi narahatlıq keçirdiyini qeyd edən politoloq Tofiq Abbasova görə, indiki şəraitdə hər iki dövlət tərəfindən atılan addımlar maraqların ortaq nöqtədə toqquşmasına zəmin yaratmaq üçündür:

“Vaşinqton kürd dövlətinin yaranmasında israrlıdır və bunu heç gizlətmir. Supergüclərin şakəri istədiklərini həyata keçirməkdir və artıq dünya bu vərdişi gözəl bilir. Türkiyə təbii ki, bu problemdən dərin narahatlıq yaşayır və əslində problemin bu həddə çatmasında Ankaranın buraxdığı səhvlərin kritik rolu oldu. Obama administrasiyasının dövründə Ərdoğan ancaq vəziyyətdən istifadə edərək hücum mövqeyinə keçdi və Vaşinqtonu ittihamlarla qısnaya bildi. Bu ona görə baş verdi ki, demokratlar artıq nüfuzlarını itirmişdilər və təpər nümayiş etdirməkdə acizdilər.

İndi isə Amerika artıq hücum mövqeyinə istiqamət götürüb və çalışır ki, Obama hakimiyyətindən qalan boşluqları doldursun. Bu zəmində Ankara sözü ola bilsin ki, eşidilsin, lakin o sözə Amerika nə dərəcədə ciddi yanaşacaq? Məsələ də bundadır. Türkiyənin bölgədə güclənmə niyyəti bir çox ölkələrin ürəyincə deyil və bu sırada Amerika əsas yerlərdən birini tutur. Odur ki, hazırki ikitərəfli dialoq əsasən taktiki məqamlar ətrafında razılığa gəlmək üçün vacibdir. Strateji məsələlərdə Vaşinqton əvvəlki tək öz bildiyi kimi hərəkət edəcək”.

Картинки по запросу nazim cəfərsoy

Nazim Cəfərsoy: “Ola bilər ki, gələcək illərdə ABŞ PYD məsələsində Türkiyəni narahat edən bəzi məqamların yumşaldılmasına çalışsın”.


ABŞ-ın kürdlərə dəstək verməsinəbaxmayaraq, Türkiyə- ABŞ münasibətlərinin ciddi şəkildə gərginləşməyəcəyini ehtimal edən siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoyun fikrincə, ABŞ-Türkiyə münasibətlərinin istiləşməsi hər iki ölkənin siyasi-iqtisadi maraqları üçün vacibdir:

“Əslində mövcud gedişatda böyükgözləntilərin olacağını düşünmürəm. Çünki ABŞ-Türkiyə münasibətlərinin konstekti sadəcə Suriya məsələsindən ibarət deyil. Baxmayaraq ki, Suriya məsələsi ən aktual məsələlərdən biridir. ABŞ-Türkiyə münasibətlərinin müxtəlif istiqamətləri var. Onlar siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlərdə genişmiqyaslı münasibətə sahibdirlər. Biz həmçinin tarixi münasibətlər sistemini də misal göstərə bilərik. Son 60-70 ildə ABŞ-Türkiyə münasibətləri yaxın mütəffiq çərçivəsində davam edir. 

Trampın ABŞ-Türkiyə münasibətləri ilə bağlı irəli sürdüyü fikirlər əslində bir mesaj verir. Bu gün Obamayla Trampı müqayisə etsək, Trampın Türkiyəyə münasibətində nisbətən müsbət məqamlar sezilir. Ancaq bu məqamın mənfi tərəfi Obama dövründəki əsas problemlərin hələ də qalmağa davam etməsidir. Bu konstektdə Tramp hələ də Obamanın siyasətini davam etdirir. Trampın prezident dövrü ilə birgə dəyişən yeganə cəhət ABŞ-Türkiyə münasibətlərinin ritorikasıdır. Bu ritorika Obama ilə münasibətlərdə daha sərt, daha çox mənfi çalarlarla yadda qalırdısa, Trampla münasibətlərdə daha müsbət və yumşaq şəkildə xarakterizə oluna bilər. Bunun Trampın son mətbuat konfransından da görmək  mümkündür. 

Acığı, ABŞ-ın kürdlərə dəstək verdiyi şərtlər altında Türkiyə- ABŞ münasibətlərinin gərginləşəcəyini düşünmürəm. Məncə, münasibətlər davam edəcək, amma bu münasibətlərdə ciddi güvən problemi var. PYD məsələsində zamanla ABŞ-la Türkiyə arasında hansısa xırda və ya orta dərəcəli gərginliklər yarana bilər. Münasibətlərdə ciddi şəkildə gərginliyin yaranmasına isə  iki dövlətin heç biri şərait yaratmaq istəməz. Ola bilər ki, gələcək illərdə ABŞ PYD məsələsində Türkiyəni narahat edən bəzi məqamların yumşaldılmasına çalışsın. Eyni zamanda Türkiyədən də bəzi reallıqları qəbul etməsini istəyə bilər. Daha doğrusu, ABŞ bunu yumşaq şəkildə etməyə çalışacaq. Bu halda Türkiyənin ABŞ-ın istəyi ilə razılaşacağını da istisna etmirəm. Nəzərə almaq lazımdır ki, ABŞ PYD ilə bağlı fikirlərindən vaz keçməyəcək”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar