Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2022-ci ilin necə keçəcəyi ilə bağlı proqnozlar

2022-ci il çox güman ki, təlatümlü, narahat və bəzən də qorxulu bir il olacaq...

Hüseyn Şubukşi
“Şarkul Avsat” qəzeti

Uzaqgörənlik bir çox fərziyyə və imkanları nəzərdən keçirməyi, hadisələri və şəxsiyyətləri təhlil etməyi, bu təhlilin nəticəsinin nə ola biləcəyini proqnozlaşdırmağı və bu məsələləri oxumağı tələb edən mürəkkəb və çətin fəaliyyətdir. Bu səbəbdən, 2022-ci illə bağlı bu təhlildə bir çox problem və çətinliklərlə qarşılaşacağıq.

2022-ci ilin qəhrəmanı 2020-ci ildən səhiyyə, iqtisadi, siyasi və ya sosial səviyyədə səhnədə olan və 2021-ci ildə müxtəlif formalarda davam edən Covid-19 epidemiyası olmaqda davam edəcək. Çox insanın yoluxması səbəbindən bütün dünyada çaxnaşma, qorxu, təşviş və dəhşətə səbəb olan yeni mutant “Omikron”un meydana çıxması ilə artıq növbəti il ​​üçün də pandemiya şəraitin vəziyyətə hakim olmağa namizəddir. Bundan əlavə, dünyanın əksər ölkələrində hələ əldə olunmamış ictimai immunitet səviyyəsini təmin etmək üçün müntəzəm peyvəndləmə və gücləndirici doza kampaniyasının aparılacağı gözlənilir. İctimai immunitet səviyyəsi hələ çatmalı olduğu 70%-dən çox uzaqdadır.

Səhnəyə iqtisadi narahatlıq da hakim olacaq. Birinci dövrdə biz “Omikron” mutant virusunun yayılması və Covid-19 epidemiyasının qorxulu nəticələri ilə bağlı narahatlıqlarla birlikdə, mənfi qarşılıqlı təsir yaradan əmtəə qiymətlərinin, xüsusən də neftin ucuzlaşmasının şahidi olacağıq. Lakin təsirləri dünya iqtisadiyyatlarında görünməyə başlayan inflyasiya ilə bağlı vəsvəsə artıq ortadadır. Həmçinin, dünyanın bir çox böyük mərkəzi bankları kritik iqtisadi vəziyyətə cavab vermək üçün faiz dərəcələrini yüksəldərək qlobal iqtisadi səhnəyə güclü şəkildə daxil olan inflyasiyaya qarşılıqlı təsir yaradıblar.

2022-ci il həm də Qərb və Rusiya düşərgələri arasında baş verən münaqişədə Ukrayna regionunu əhatə edən ciddi gərginlik və təhlükəsizlik problemlərinin ilidir. Bu münaqişənin şiddəti getdikcə artır və dünyanın həmin hissəsində təhlükəsizlik, iqtisadiyyat və sosial təsirləri olsa belə, gələn il bu məsələ öz həllini tapa bilər.

Bu, çətinliklər, şübhələr və perspektivləri ilə bağlı narahatlıqlar ətrafında fırlanan İran nüvə sazişinə də aiddir. Burada məsələ təsadüfən baş verə biləcək iki problem üzərində açılır: Birincisi, İranın nüvə silahı əldə etməyə və texniki cəhətdən nüvə bombaları istehsal etməyə qadir olan inteqrasiya olunmuş nüvə dövlətinə çevrilməsi. Bu da İsrailin İranın nüvə hədəflərinə hərbi müdaxiləsinə yol açır və bu, təhlükəli bir durum olduğu üçün gözlənilməz nəticələrə gətirib çıxaracaq. Görünür, Qərb düşərgəsinin İranı diplomatik yolla cilovlamaq qabiliyyəti yoxdur. İran məsələni son raundlarda qalib gələnə qədər uzadır və dünyanı nüvə silahına malik ola biləcək İranla ilə üz-üzə qoyur.

2022-ci il həm də ABŞ prezidenti Co Baydenin partiyasının böyük məğlubiyyət alacağı gözlənilən KonqresSenatdakı boş yerlər uğrunda ABŞ-da çox mühüm aralıq seçkilərinə şahid olacaq. Administrasiyasının zəif fəaliyyətini və onun dövründə iqtisadi artımın kövrəkliyini və Amerika dairələrində Covid-19-un ciddi surətdə yayılmasına nəzarət edə bilməməsini, habelə İran, Rusiya və Çinlə münaqişələr kimi müxtəlif münaqişə məsələlərində Baydenin zəifliyini nəzərə alarasaq, bunun Amerika ictimaiyyətində ABŞ prezidentinin performansının ictimai məmnunluq dərəcəsinə mənfi təsir göstərəcəyi proqnozlaşdırılır. Bu təsir Baydenin partiyasının parlament seçkilərində dəhşətli məğlubiyyəti ilə nəticələnəcək.

Valyuta böhranları və zəif performans bir çox hökumətlərə, xüsusən də valyutalarının dəyərində görünməmiş enişlə üzləşən Türkiyə, Livan, Suriyaİrana təsir edəcək. Bu vəziyyət bu ölkələrin vətəndaşlarının həyat keyfiyyətinə, tibbi və ərzaq təminatı imkanlarının təhlükəsizliyinə ciddi təsir göstərir. Bu, həm də bu ölkələrin sabitliyinə və siyasi təhlükəsizliyinə təhlükə yaradır. Məsələ valyutaların ucuzlaşmasıdır. Bu məsələyə daha dərin iqtisadi böhranlar və aşkar siyasi tənəzzül daxildir.

2022-ci il çox güman ki, təlatümlü, narahat və bəzən də qorxulu bir il olacaq. Nəzərə almalıyıq ki, bir çox kəskinləşən məsələlərdə qeyri-sabitlik elementləri hələ də qalmaqdadır və insanların şüurunda, psixologiyasında, inam və təhlükəsizlik hisslərinə hakim olan narahatlıq davam etməkdədir. Çünki istisnasız olaraq, Covid-19 epidemiyası dünyanın bütün yerlərində inkişaf istəkləri və sosial, siyasi və iqtisadi sabitlik elementləri qarşısında əsas maneədir.

Bütün dünya üçün 2022-ci il mübarizəsi iqtisadi sabitliyi və dünya bazarlarına çıxışın qaytarılmasını təhdid edən dəhşətli və həyəcanverici təsirlərdən təkbaşına xilas olmaqdır. Çətin bir tənəzzül dövründən sonra onun siyasi və təhlükəsizlik arenalarına təsirinin mənfi şəkildə olacağını gözləmək olar.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar