Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2021 maska taxacağımız bir il olacaq - Alman viroloq

"Berlin Charite" Xəstəxanası Viroloji İnstitutu Prof. Dr. Christian Drostenin sözlərinə görə, vaksin tapılsa da, uzun müddət maska taxmaq məcburiyyətində qalacağıq.

PİA.az medicina.az-a istinadən məşhur viroloqun müsahibəsini təqdim edir:

- Korona pandemiyası ilə nə qədər yaşamalı olacağıq?

- Hansısa proqnoz vermək çox çətindir. Avropa da bir-birindən fərqli vəziyyətlərdədir. Asan bir qış olmayacaq. Gələn il peyvəndi əldə edəcəyik. Düşünürəm ki, cəmiyyətin müəyyən hissəsinin peyvəndlənməsi qarşıdakı ilin sonuna qədər davam edəcək. Maskalardan belə tez qurtulmayacağıq. Çünki peyvəndləmə bitsə belə, insanların çoxu hələ də maska taxmağa davam etməli olacaq. Almaniya kimi çox az infeksiyası olan ölkələrdə, peyvəndlənənlər belə çox olmayacaq. Bu vəziyyət böyük ehtimal digər Avropa ölkələrində də yaşanacaq.

- Hansı ölkələr xüsusilə sizi narahat edir?

- Hindistan üçün çox narahatam. Ölkə böyük nüfusa malikdir. Virus orada yayılır. Nəzarətsiz deyə bilmərəm amma təxminən vəziyyət elədir. Sonra, təbii ki, Cənubi Amerikaya görə narahatam. Qış gəlir və arasında Avropanın da olduğu, virusa qarşı çox az nəzarət etmiş bölgələr koronayla payıza girir.

- Qarşımızda payız və qış var. Almaniyada vəziyyət nədir?

- Avropa ölkələri arasında virusa və digər parametrlərə görə çox az fərqinin olduğunu düşünürəm. Fransa, İngiltərə, İspaniya kimi digər ölkələrə baxmalıyıq. Orada gördüyümüz budur ki, tezliklə qarşısını almasaq göstərməsək, Almaniyada da bənzər vəziyyət yaşanacaq.

- Maska ilə uzun müddət yaşamalı olacağımızı dediniz. Bir daha nə zaman bir-birimizi qucaqlaya biləcəyik?

- Bu çox çətin bir sualdır. Gələn il dünyanın bəzi bölgələrində insanların hələ də özlərini qorumasına təəccüblənmərəm. Virusa yoluxmanın qarşısının alınmasını və peyvəndin istifadəsini gözləsək, 2021-ci ilin sonuna qədər maska taxmalı olacağımızı deyə bilərik. Dəqiq bir söz demək imkansızdır. Amma gələn il maska taxacağımız bir il olacaq.

pia.az


Etiket: virus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar