Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2020-ci ilin iqtisadiyyatlarını hansı geosiyasi risklər gözləyir?

Şərqi Aralıq dənizində kəşf ediləcək təbii qaz yataqlarının miqdarı artıqca bu qaynaqların paylaşılması və hətta, beynəlxalq bazarlara daşınması məsələsindəki anlaşmazlıqlar bölgə üçün risk daşıyır...

Erdal Tanas Karagöl

“Yeni Şafak” qəzeti, Türkiyə, 13 yanvar 2019-cu il

İqtisadiyyat daxili faktorlardan nə qədər təsirlənirsə, geosiyasi faktorların yaratdığı risklərdən də bir o qədər təsirlənir. Buna görə də, artan geosiyasi risklər iqtisadiyyata, bəzən daxili faktorlardan daha çox təsir göstərir.

2020-ci ildə önə çıxacaq geosiyasi risklər nələr ola bilər?

Geosiyasi risklər bəzən ticarət müharibələrində, bəzən ölkələr arasındakı müharibələrdə önə çıxarkən, bəzən də müxtəlif anlaşmazlıqlar ucbatından iqtisadiyyatlara mənfi təsir göstərir.

Bu ilin ilk günlərində Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsi ilə artan təzyiq bölgə üçün ciddi risklərdən birinə çevrilib. Çünki ən böyük neft istehsalçıları olan Səudiyyə Ərəbistanı, İran, BƏƏ və Küveytin bu bölgədə yer alması və neft mübadiləsinin Hörmüz boğazı vasitəsilə təmin etməsi ilk növbədə neftin qiymətlərinə təsir edib. Neft qiymətlərinin kəskin şəkildə yüksəlməsi ilə bu risk daha da aydın şəkildə görünməyə başlayıb.

Digər tərəfdən, dünya neft daşınmasının təxminən 20%-nin İranın nəzarətində olan Hörmüz boğazından keçməsi səbəbilə neft və enerji qiymətlərində ortaya çıxacaq artım geosiyasi riskləri daha da artırır.

Həmçinin, Hörmüz boğazından keçən neftin böyük bir qisminin Çin, Yaponiya, Hindistan, Cənubi Koreya kimi ölkələrə daşınması da bu bölgədəki problemlərin dünya iqtisadiyyatı üçün ciddi risklər daşıdığını göstərir.

Hətta dünyanın ən böyük LNG ixracatçısı olan Qətər də istehsal etdiyi təbii qazı bu bölgədən dünya bazarlarına çatdırır. LNG bazarının təxminən 30%-ni təmsil edən bu bölgədə meydana gələcək toqquşma vəziyyəti qlobal enerji təhlükəsizliyi üçün ciddi bir təhdidə işarə edir.

ABŞ-Çin arasında davam edən ticarət müharibələrinin dünya ticarəti üzərində mənfi təsir yaratdığı, həmçinin ticarətdəki daralmanın və ixracatın iqtisadi inkişafın qaynağı olan ölkələrə mənfi təsir göstərəcəyi açıq şəkildə görünür. Bu baxımdan da, qarşıdakı prosesdə ABŞ-la Çin arasındakı anlaşmazlıqlar həll edilsə, bu, iqtisadiyyatlara müsbət təsir göstərəcək.

Şərqi Aralıq dənizindəki proseslər və ola biləcək anlaşmazlıqlar da yenə önə çıxan riskli ünsürlər arasındadır. Çünki Şərqi Aralıq dənizi artıq təbii qaz üçün önəmli bir bölgədir və dünyada yaratmağa çalışdıqları yeni təbii qaz balansının da ən önəmli ünsürlərindən biri olmağa namizəddir. Buna görə də, Şərqi Aralıq dənizində kəşf ediləcək təbii qaz yataqlarının miqdarı artıqca bu qaynaqların paylaşılması və hətta, beynəlxalq bazarlara daşınması məsələsindəki anlaşmazlıqlar da bölgə üçün risk daşıyır.

Geosiyasi risklər və Türkiyə

Türkiyənin olduğu region geosiyasi risklərin yüksək olduğu bir ərazidir. Türkiyənin ətrafındakı bir çox ölkədə baş verən mövcud siyasi qarışıqlıqlar, müharibələr və böhranlar geoiyasi risklərin artmasına səbəb olur.

İşin maraqlı tərəfi odur ki, geosiyasi risklərin təbii qaz və neft qaynaqlarına sahib olan ölkərdə davamlı hala gəlməyə başlaması bu qaynaqlara sahib olmağın yaratdığı siyasi riskləri daha da böyüdür.

Xüsusilə də, Yaxın Şərqdə baş verən bir çox müharibəyə ən çox Türkiyənin maliyyə vermiş olması geosiyasi risklərin xəricinin necə böyük olduğunu qarşımıza qoyur. Həmçinin, neft qiymətlərində olacaq artımın iqtisadiyyatı təhdid edən cari büdcə kəsri artırma ehtimalı və bunun səbəb olacağı digər problemlər də yenə önə çıxan önəmli məsələlərdən biridir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar