Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2020-ci ilin geosiyasi və hərbi riskləri: “Barbarlığa qayıdırıq...”

ABŞ-ın aparıcı analitikləri hesab edirlər ki, 2020-ci ildə dünyada müharibələr artacaq və ABŞ-da məcburən bu müharibələrə qatılacaq...

Politoloq: “Dünya 2020-ci ildə də 2 min il əvvəl olduğu kimi barbarcasına qarşıdurmaya sürüklənəcək”.

“2020-ci ildə Türkiyəyə qarşı Aralıq dənizində və Yaxın Şərqdə Qərb-Ərəb ittifaqı formalaşa bilər və bu ittifaqin ən güclü qolu İsrail və kürdlər olacaq”.

Bu sözləri politoloq Nəzakət Məmmədova 2020-ci ildə dünyada və Qərbdə gedə biləcək prossesləri də PİA.az-a şərh edərkən deyib.

Amerikalı analitiklər hesab edirlər ki, 2020-ci ildə bütün dünyada geosiyasi və hərbi risklər artacaq, güc göstərisi diplomatiyanın əsasını təşkil edəcək. Dünyadakı münaqişələrin daha da artacağını və dondurulmuş münaqişələrin də aktişləşəcəyini hesab edən analitiklər hesab edirlər ki, öz maraqlarını müdafiə etçək naminə ABŞ bir çox münaqişələrə hərbi müdaxilə edə bilər.

PİA.az-ın əməkdaşı 2020-ci ilin geosiyasi və hərbi riskləri ilə bağlı politoloq Nəzakət Məmmədovanın düşüncələrini alıb.

Nəzakət Məmmədova: “Trampın yürütdüyü iqtisadi siyasət Avropa ilə ABŞ arasında ittifaqı sarsıda biləcək həddə qədər inkişaf edə və bu da bütün dünyada geosiyasətin yenidən düzənləməsi üçün start nöqtəyə çevrilə bilər”.

Mövzu ilə bağlı sualımızı cavablandıran politoloq PİA.az-a açıqlamasında bildirib ki, dünya 2020-ci ildə də 2 min il əvvəl olduğu kimi barbarcasına qarşıdurmaya sürüklənəcək və liberalizm reallıqdan uzaq, adi bir mifə çevrilməyə davam edəcək. Politoloqun fikrincə ümumiyyətlə 2019-cu ildə dünyada bir çox şeylər qırılma nöqtəsinə qədər gəlib çıxıb. Bu da həm dünyada qlobal təhlükəni artırıb, həm də 2020-ci ilin daha qaynar keçəcəyini göstərməkdədir:

“Hesab edirəm ki, 2020-ci il dünyada lokal münaqişələrin, separatizmin, regional qarşıdurmaların güclənməsi, beynəlxalq təşkilatların isə bütün bu proseslərə seyrçi qalması, onların rolunun azalması ilə müşayiət olunacaq. İngiltərə AB-dən ayrılacaq və bunun müqabilində Şotlandiyanın da İngiltərədən ayrılmağı nəzərdə tutan referendumlar keçirəcəyi gözlənilir. Bu faktor özü Qərbdə və Avropada 2020-ci ilin çox qeyri-sabit keçəcəyini göstərməkdədir.

Yaxın Şərqdə savaşlar səngimək bilmir və növbəti ildə bütün şiddəti ilə davam edəcək. Artıq Aralıq dənizi hövzəsi ölkələri yeni bir qızğın münaqişəyə sürüklənməkdədir. Türkiyə Liviyaya qoşun göndərməyə hazırlaşır, Aralıq dənizində isə geosiyasi savaş tamamilə yeni bir mərhələyə girir. Ümumiyyətlə, Türkiyə 2020-ci ildə Yaxın Şərqdə və Aralıq dənizində çox aktiv olacaq və bu da bir çox geosiyasi oyunçuların kartlarının qarışmasına səbəb olacaq kimi görünür. Türkiyəyə qarşı Aralıq dənizində və Yaxın Şərqdə Qərb-Ərəb ittifaqı formalaşa bilər və bu ittifaqin ən güclü qolu İsrail və kürdlər olacaq. Türkiyənin isə Rusiyaİranla ittifaqını daha da genişləndirməsi istisna olunmur.

Qərbdə də təlatümlərin artması istisna olunmur. Xüsusən, Avropanın geosiyasi və geoiqtisadi təlatümlərin mərkəzi halına gəlməsi mümkündür. Hesab edirəm ki, Trampın yürütdüyü iqtisadi siyasət Avropa ilə ABŞ arasında ittifaqı sarsıda biləcək həddə qədər inkişaf edə bilər və bu da bütün dünyada geosiyasətin yenidən düzənləməsi üçün start nöqtəyə çevrilə bilər.

Dünyanın bütün qitələrində baş verən xalq üsyanlarının 2020-ci ildə daha da artacağını düşünürəm. Artıq dünyada “məxməri inqilab”lar dönəmi arxada qalıb. İndi 20-ci əsrin əvvələrində olduğu kimi bütün dünyanı əsil inqilab sarsıb. Düşünürəm ki, bu dalğa davam edəcək.

Nəzakət Məmmədova: “Dünyanın bütün qitələrində baş verən xalq üsyanlarının 2020-ci ildə daha da artacağını düşünürəm”.

2020-ci ildə həm də ABŞ-da prezident seçkiləri keçiriləcək. 2016-cı ildən sonra ABŞ daxilində Demokratlarla Respublikaçıların mübarizəsi artıq bütün dünyaya öz təsirini göstərməyə başlayıb və bu təsirin daha da böyüyəcəyini düşünürəm. Bu, hətta kataklizmə dönüşə bilər. Seçkilər fonunda daxili mübarizə dünyadakı ticarət savaşlarını yenidən tətikləyə bilər. Düşünürəm ki, dünyada təkcə hərbi qarşıdurma yox, iqtisadi-ticarət savaşları da şiddətlənəcək və bunun başında ABŞ və Çin dayanmağa davam edəcək.

Çox təəssüf ki, dünya 2020-ci ildə də 2 min il əvvəl olduğu kimi barbarcasına qarşıdurmaya sürüklənəcək və liberalizm reallıqdan uzaq, adi bir mifə çevrilməyə davam edəcək. Lakin hesab eləmirəm ki, yeni dünya xaosun üzərində formalaşacaq. Məncə, liberalizm bu sınaqlardan yenə də ən dayanıqlı və mövcudluq haqqı qazanmış ideoloji cərəyan olaraq daha da möhkəmlənmiş şəkildə mövqeyini gücləndirəcək".

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar