Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2020-ci ildə məhkəmə sistemində islahatlara start veriləcək?

Gələn ilin dövlət büdcəsində hüquq-mühafizə orqanlarının saxlanmasına ayrılan xərc 43,7 faiz artırılır...

İqtisadçı: “Gələn il məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri üçün 1 973,1 mln. manat vəsait ayrılacaq”.

“Büdcə vəsaitlərinin xərclənməsində neqativ hallar qalmaqdadır. Artımlar məhz bu sahədə islahat olacağı demək deyil”.

Bu sözləri iqtisadçı İlham Əzizov gələn ilin dövlət büdcəsində hüquq-mühafizə orqanlarının saxlanmasına ayrılan vəsaitin artırılmasını PİA.az-a şərh edərkən qeyd edib.

Gələn ilin dövlət büdcəsində hüquq-mühafizə orqanlarının saxlanmasına ayrılan xərc 43,7 faiz artırılır. İqtisadçı alim Qubad İbadoğlu hesablayıb ki, bu məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləridir. Eyni zamanda məhkəmə hakimiyyətinin ciddi islahatlara ehtiyacı olduğu da ekspertlər tərəfindən dəfələrlə səsləndirilib.

Büdcədəki artım onu deməyə əsas verirmi ki, 2020-ci ildə məhkəmə sistemində islahatlara start veriləcək?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı İlham Əzizova müraciət edib.

İlham Əzizov: “Əsas diqqət ayrılan vəsaitin xərclənməsinə nəzarətin təşkilinə yönəldilməlidir”.

Bu il dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 1.568,3 mln. manat proqnozlaşdırıldığını nəzərə çatdıran iqtisadçı bildirib ki, bu artım əmək haqqlarının və bu sahədə maddi texniki bazanın inkişafına yönədiləcək:

“Gələn il məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri üçün 1 973,1 mln. manat vəsait ayrılacaq. Bu Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 25,8%, yaxud 404,8 mln. manat çoxdur. Bu il dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 1.568,3 mln. manat proqnozlaşdırılıb. Bu artım əmək haqqlarının və bu sahədə maddi texniki bazanın inkişafına yönədiləcək.

Əslində artım öz-özlüyündə mütərəqqi addım sayılmalıdır. Əsas diqqət ayrılan vəsaitin xərclənməsinə nəzarətin təşkilinə yönəldilməlidir. Büdcə vəsaitlərinin xərclənməsində neqativ hallar qalmaqdadır. Artımlar məhz bu sahədə islahat olacağı demək deyil. 2020 ci ilin büdcə xərclərinin bütün maddələrində demək olar ki, artım var, bu da təbii prosesdir.”

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar