Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir

"Bu gün dünyada böyük problemlərdən biri işsizlikdir və 2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir"

Bunu Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında Oksford Universitetinin professoru Daniel Susskind deyib.

Professorun sözlərinə görə, bu problemin kökündə isə elm və texnologiyanın sürətli inkişafı və onun həyatımıza, əl əməyinə ciddi təsiri dayanır:

"Çünki texnologiyalar inkişaf etdikcə işçi qüvvəsinə, əl əməyinə ciddi ehtiyac qalmır. İşləri məhz həmin texnoloji avadanlıqlar, cihazlar görür".

Beynəlxalq Əmək Təşkilatının (BƏT) təmsilçisi Xoloud Alxadi də konfransda çıxışı zamanı dünyada işsizlik problemi məsələsinə toxunub. Onun sözlərinə görə, bu gün dünya üzrə işsizlik həddi artıq 63 faiz səviyyəsindədir.

X.Alxadi bildirib ki, bu rəqəm bəzi ölkələrdə daha yüksəkdir. BƏT təmsilçisi qeyd edib ki, xüsusilə gənclərin iş tapması ilə bağlı ciddi problemlər var: "Onların çoxu işsizdir. Ona görə də dünyanın qarşısında bu məsələ çox ciddi və aktual problem olaraq dayanır. Bu problemlərin, xüsusən də gənclərin işsizlik probleminin aradan qaldırılması yönündə daha ciddi addımlar atılmalı, böyük layihələr icra edilməlidir". (trend)

pia.az


Etiket: İşsizlik

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar