Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2020-ci ildə Azərbaycan Kənd təsərrüfatında mühüm hadisələr

“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydası qüvvəyə minib.

01.01.2020. Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılıb.
14. 04. 2020. İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib.
14. 04. 2020. Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır.
15.04 2020. Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
15. 07. 2020. İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
23. 07. 2020. İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib.
17. 08. 2020. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb.
08.12.20. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Azərbaycan Respublikasından Rusiya Federasiyası ərazisinə pomidor və alma tədarükündə müvəqqəti məhdudiyyətlər tətbiq edib.
15.12.20. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında Rosselxoznadzor dekabrın 16-dan etibarən Azərbaycanın Xızı rayonu ərazisində yerləşən Aqroterm MMC-dən Rusiyaya pomidor gətirilməsini mümkün hesab edib. Dekabrın 17-dən etibarən isə daha dörd Azərbaycan müəssisəsi ixrac prosesini bərpa etmək hüququ əldə edib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə aşağıdakılar məhsullarını idxal edə biləcəklər: “Geotermal” (Kürdəmir rayonu), Şükürov İlkin Mirzəxan (Masallı rayonu), “Gp Alfa greenhouse” MMC (Salyan rayonu), “Hajigabul greenhouse” MMC (Hacıqabul rayonu).

2020-ci il: Kənd təsərrüfatında quraqlıq, susuzluq problemi

Artıq getməkdə olan 2020-ci il Azərbaycanın kənd təsərrüfatında bəzi problemlərlə yadda qaldı.

2020-ci ilin yaz-yay aylarında fermerlər suvarma suyu çatışmazlığı, su qıtlığı problemi ilə qarşılaşdılar. Bu səbəbdən də əkin ərazisi ümumi əkin sahəsinin 60 faizdən çoxunu təşkil edən dənli və dənli paxlalı bitkiçilik məhsullarının istehsalı əvvəlki ilə nisbətən xeyli azaldı.

2020-ci ilin iyul ayının 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə ölkə başçısı İlham Əliyev demişdir: “Bu il biz birinci dəfə təkrar əkinlə bağlı təcrübədən istifadə etdik. Mənə ilk verilən məlumat o idi ki, biz 100 min hektarda qarğıdalı əkək. Sonra suyun çatışmazlığı ilə əlaqədar bunun 50 min hektarını ixtisar etdik. Amma heç 50 min hektarda da əkə bilmədik”. Həmin müşavirədə çıxış edən kənd təsərrüfatı naziri demişdir ki, “su çatışmazlığı və quraqlıq səbəbindən suya daha çox tələbatı olan bəzi bitkilərin becərilməsi üzrə də məcburi azalmalar baş vermişdir. Belə ki, şəkər çuğunduru üzrə 7500 hektar əkin nəzərdə tutulurdusa, faktiki əkin 4800 hektarda aparılıb. Çəltik üzrə 4000 hektar proqnoza qarşı 3000 hektarda əkin aparılması mümkün olmuşdur”. Daha sonra İnam Kərimov bu il hehvandarlığın inkişafında çox ciddi problemlərin olacağını vurğulamışdır. O, demişdir: “Yaranmış vəziyyət yem bitkilərinə və təbii yem mənbələrinə də mənfi təsir göstərir. Suvarma kifayət qədər olmazsa, yem bitkiləri üzrə məhsuldarlıq xeyli dərəcədə azala bilər. Həmçinin yağıntının azalması səbəbindən otlaq sahələrində təbii ot örtüyünün zəif inkişafı müşahidə olunur. Bu da heyvandarlığın inkişafına maneələr yarada bilər”.

2020-ci ildə əsаs ərzаq məhsulu olan və ölkədə əkin sаhəsinə görə birinci yеri tutan buğda istehsalı 2 210,9 min ton nəzərdə tutulmuşdur. 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata görə, 2020-ci ildə Azərbaycanda 2 210,9 min ton buğda istehsalı gözlənilir[1]. DSK-nın məlumatında isə bu il buğda istehsalı 1860,2 min ton təşkil etmişdir. Bu da 2020-ci il üçün nəzərdə tutulduğundan 350,7 min ton, yəni 18,8% az olmuşdur. 2020-ci ildə 2019-cu ilə nisbətən buğda istehsalı 311,3 min ton, yəni 16,7% azalmışdır. DSK-nın məlumatına görə, 2020-ci ildə 2019-cu ilin ilin eyni dövrü ilə müqayisədə dənli və dənli paxlalı bitkiçilik məhsullarının (qarğıdalı da daxil olmaqla) istehsalı 8,3 faiz azalmışdır.

2020-ci ildə əvvəlki ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 12,2 min baş, qoyun keçilərin sayı isə 114,9 min baş azalmışdır. 2020-ci ilin yanvar ayına olan məlumata görə ölkədə iribuynuzlu mal-qaranın sayı 2646,6 baş, qoyun və keçilərin sayı isə 8189,2 baş təşkil etmişdir.

2020-cu ilin quraqlıq ili olması səbəbindən yanvar ayından başlayaraq avqust ayının sonuna kimi yem qıtlığı yaranmış və nəticədə kəpəyin, otun qiymətləri bahalaşmışdır[2]. Bu da öz növbəsində regionlarda ətin istehsal xərcinin və satış qiymətinin artmasına səbəb olmuşdur. 2020-ci ildə qüvvəli yem istehsalında istifadə edilən taxıl məhsullarının da istehsalı ciddi azalmışdır. 2020-ci ildə 2019-cu ilin ilin eyni dövrü ilə müqayisədə dənli və dənli paxlalı bitkiçilik məhsullarının (qarğıdalı da daxil olmaqla) istehsalı 8,3 faiz azalmışdır.

Dövlət Statistika Komitəsinin məlumatəna görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 7 966,1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub. 2020-ci ilin yanvar-noyabr aylarında ət istehsalı diri çəkidə 491,4 min ton, süd istehsalı 1 971,1 min ton, yumurta istehsalı 1 748,3 milyon ədəd olub. DSK-nın məlumatında 2020-ci ilin dekabr ayının 1-nə kimi 1 015,0 min ton kartof, 1 677,9 min ton tərəvəz, 1 121,5 min ton meyvə və giləmeyvə istehsal olunduğu bildirilir.

2020-ci il: Kənd təsərrüfatı məhsulları idxalı artır, ixracı azalır.

2020-ci ilin yanvar-oktyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə süd və kərə yağı idxalı 22,8% artmışdır. Belə ki, əvvəlki ilin 10 ayına nisbətən süd idxalı 1301 ton, kərə yağı idxalı isə 2558 ton artmışdır. Ümumilikdə isə (yoqurt, pendir və sair məhsullar nəzərə alınmadan) kərə yağını da südə çevirdikdə (58834 ton) süd idxalında artım 60135 ton təşkil etmişdir.

2020-ci idə yanvar-oktyabr aylarında əsas ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının idxalı keçən ilin eyni dövrü ilə müqayisədə xeyli artıb. Belə ki, 2020-ci ilin yanvar-oktyabr aylarında süd idxalı 18,6 %, kərə yağı 22,9% artmış, ət idxalı fiziki çəkidə 13,4% azalsa da, dəyər ifadəsində 2,8% atrmışdır. Həmçinin əsasən kəsim üçün ölkəyə idxal edilən diri heyvanlar dəyər ifadəsində 14,2% artıb. Bu isə o deməkdir ki, ət idxalı həm də fiziki çəkidə artmışdır.

2020-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə meyvə-tərəvəz idxalı 1578 ton artmış, ixracı isə 3900 ton azalmışdır. Bitkiçilik məhsullarından meyvə-tərəvəz idxalı fiziki çəkidə 0,6 faiz, çay 2,1%, düyü idxalı isə 19,4 faiz artmışdır. Bu ilin yanvar-oktyabr aylarında bitki və heyvan mənşəli piylər və yağların idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə fiziki çəkidə 10,2 min ton artmışdır

2020-ci ilin yanvar-oktyabr aylarinda əvvəlki ilin eyni dövrü ilə müqayisədə əsas ixrac məhsullarının həcmi azalmışdır. Belə ki, bu ilin yanvar-oktyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə meyvə-tərəvəz ixracı 0,8% azalıb. Ənənəvi ixrac məhsullarından meşə fındığı fiziki çəkidə 23,4%, alma 27%, xurma 24,7% azalmışdır.

2020-ci ilin yanvar-oktyabr aylarında 109 milyon 429 min dollar dəyərində, yəni keçən ilin eyni dövrü ilə müqayisədə 6% az pambıq lifi və pambıq iplik ixrac edilmişdir.

2020-ciildə taxıl məhsullarının istehsalının azalması 2021-ci ilin qış-yaz aylarında qüvvəli yemin qiymətinin artmasına səbəb olacaq. Bu da öz növbəsində heyvandarlıq məhsullarının qiymətləarini artıracaq.

Hökumət 2021-ci ildə buğda istehsalının artırılacağının anonsunu hələ 1 il əvvəl vermişdir. 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən kənd təsərrüfatı nazirliyi bildirilir ki, 2021-ci ildə 2 218,8 min ton buğda istehsalı gözlənilir.

Vahid Məhərrəmov

Turan.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar