2020-ci ildə "Apple" şirkətinin 5 yeni "iPhone" modeli çıxaracağı iddia olunub...
"Yeni Sabah" xarici mediaya istinadən bildirir ki, bu iddianı analist Ming-Çi Kuo səsləndirib.
Onun sözlərinə görə, şirkətin gələn il təqdim edəcəyi ilk telefon modeli “iPhone SE 2” olacaq. Bu telefon ilin ilk yarısında çıxacaq.
İddiaya görə, 2020-ci ildə satışa çıxacaq digər “iPhone” modelləri isə bunlardır:
"iPhone 12" (bu telefon 2 fərqlı ekran ölçüsündə təqdim olunacaq və bu qiymətə təsir edəcək).
iPhone 12 Pro
iPhone 12 Pro Max
Bildirilir ki, adı çəkilən son 4 telefon modelində 5G dəstəyi olacaq.
pia.az