Şənbə, 25 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

2019-cu ilin ən səs-küylü toyları - Foto

Arxada qoyduğumuz il ulduz nikahları ilə də zəngin oldu...

PİA.az qafqazinfo-ya istinadən 2019-cu ilə yekun vuraraq, bu il ailə həyatı quran tanınmış əcnəbi cütlükləri təqdim edir:

Castin Biber və Heyli Bolduin

2018-ci ildə münasibətlərini rəsmiləşdirən Heyli Bolduin və Castin Biber yalnız 2019-cu ildə toy etmək qərarına gəliblər. Mərasim sentyabrın 30-da Cənubi Karolina ştatının Blaffton şəhərində baş tutub. Castin və Heyli doğma və yaxınlarının iştirakı ilə kiçik "Somerset" ibadətgahında nikaha giriblər. Bundan sonra hamı Mey çayının sahilyanı ərazisində yerləşən "Montage Palmetto Bluff" otelinə yollanıb. Qonaqların siyahısında 154 soyad olub və bütün dəvətlilər mərasimdə baş verənləri İnstaqram hesablarında foto və video şəklində yayımlayıblar. Mərasimdən daha çox foto burada.

Kseniya Sobçak və Konstantin Boqomolov

Bu, hər iki tərəfin ikinci toyu olub və onlar mərasimin təşkilinə yumorla yanaşmaq qərarına gəliblər. Belə ki, cütlük nikahdan sonra katafalkda gəzintiyə çıxıb. Kseniya qiyafətləri ilə də diqqət çəkib. O, mərasim ərzində dörd gecə libası dəyişib. Moskvanın mərkəzində yerləşən restoranların birində Födor Bondarçuk, Konstantin Ernst, Zemfira və başqalarının qatıldığı gecədə ümumilikdə 300 nəfər iştirak edib. Mərasimdən daha çox foto burada.

Sofi Törner və Co Conas

Maraqlıdır ki, toy ərəfəsində Sofi o qədər həyəcan keçirib ki, hətta bəydən ayrılmaq istəyib. Lakin 24 saat sonra fikrindən daşınıb və mərasim baş tutub. "Taxt-tac oyunları"nın ulduzu ilə "Jonas Brothers"in solistinin toy mərasimi Fransanın cənubunda yerləşən qalada keçirilib. Sofi və Conun toyundan ilk fotolar yalnız mərasimdən üç gün sonra yayımlanıb. Ona görə ki, ulduzlar təfərrüatları sirr saxlayırmış.

Conni Deks və Devon Vindzor

Noyabrın 16-da "Victoria`s Secret"in "mələyi" Devon Vindzor və onun sevgilisi Conni Deks Sen-Bart adasında möhtəşəm mərasim təşkil ediblər. Noyabrın 6-da rəsmi nikaha girən xoşbəxt cütlük 10 gündən sonra təntənəli bayram etmək qərarına gəlib. Devon və Conninin toyunda Şanina Şeyk, Kara Santana, Oliviya Kalpo, Corcia Fauler, Nadin Leopold və Rozmarin de Kok kimi ulduz qonaqlar iştirak edib. Toy üç gün davam edib. Belə ki, noyabrın 15-də onlar şam yeməyinin məşqinə başlayıb, səhərisi gün toyun özünü edib, daha sonra isə bütün qonaqlar çimərlikdə brança dəvət olunub.

Tom Kaulits və Haydi Klum

Alman super model Haydi Klum və "Tokio Hotel" qrupunun gitaraçısı Tom Kaulits hələ 2018-ci ilin dekabrında münasibətdə olduqlarını açıqlasalar da, rəsmi mərasim yalnız 2019-cu ilin avqustunda baş tutub. Kapri yaxınlığında yerləşən "Christina O" yaxtasında baş tutan qapalı tədbirdə cütlüyün doğmaları və dostları iştirak edib. Klum və Kaulitsin bir neçə gün davam edən toyunda birinci bir neçə obraz dəyişib. Mərasimdən daha çox foto burada.

Dimitri Rassami və şahzadə Şarlotta Kaziqari

Bu il şahzadə Şarlotta Kaziqari və kinoprodüser Dimitri Rassami iki dəfə toy ediblər. Əvvəlcə cütlük iyunun 2-də Qrimaldi Sarayında yaxınları və doğmaları üçün qapalı mərasim təşkil edib. Həmin gün Qreys Kellinin nəvəsi iki libasda görüntülənib - "Saint Laurent" və "Chanel Couture"dan. Bir aydan sonra cütlüyün daha bir toyu Fransanın Provans vilayətində baş tutub.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar