Cümə axşamı, 23 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

2019-cu ildə mədəniyyət və şou aləmində itirdiklərimiz - Siyahı

2019-cu ildə itirdiklərimiz...

2019-cu il sənət aləmində bəziləri toylarla, boşanmalarla gündəmə gəlib. Eyni zamanda bu il itirdiyimiz sənət adamları da olub.

Axşam.az 2019-cu ildə dünyasını dəyişən sənət nümayəndələrinin siyahısını təqdim edir:

Məşhur bəstəkar, SSRİAzərbaycanın Xalq artisti Arif Məlikov 85 yaşında vəfat edib.

Aktrisa Məleykə Ağazadə aprel ayında dünyasını dəyişib. O, "Ulduz" filmindəki "Nazik" obrazı ilə tamaşaçılara tanış idi.

Əməkdar artist Nağəddin Məmmədov 2019-cu ildə itirdiklərimiz sırasında olub. Gəncə Dövlət Kukla Teatrının aktyoru 52 yaşında dünyasını dəyişib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Elmira Hidayətova bu ilin iyulunda vəfat edib.

Azərbaycanın Xalq rəssamı Tahir Tahirov da 2019-cu ildə vəfat edib.

2019-cu ildə Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev vəfat edib.

Azərbaycan boyakarı, Xalq rəssamı Altay Hacıyev bu il dünyasını dəyişib.

Meyxanaçı Aydın Xırdalanlı bu ilin martında uzun xəstəlikdən sonra ölüb.

Aparıcı Ceyran Nəriman 2019-cu ilin yanvarında vəfat edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: şou aləmi

Şərh yazın.


loading...

Ən çox oxunanalar