Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2019-cu ildə ipoteka kreditlərində 27 faiz azalma... – Səbəb nədir?

Millət vəkili: “Azərbaycanda ipoteka kreditlərindən başqa əlavə kreditlər də var. Məsələn “Sosial ipotekalar”, “kirayə evlər” və başqa layihələr həyata keçirilir”

“Ola bilər ki, genişlənən sahələrdən əhali kifayət qədər yayrarlanıb. Buna görə də İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən verilən ipoteka kreditlərinin faizi azalıb”.

Bu sözləri Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov keçən ilə nisbətən bu ildə ipoteka kreditlərinin 27 faiz azalmasını PİA.az-a şərh edərkən qeyd edib.

2019-cu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən 113,4 milyon manat məbləğində ipoteka krediti verilib. Bu rəqəm 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 27 faiz azdır.

Avqust ayında fondun agent bankları tərəfindən cəmi beş milyon manat məbləğində ipoteka krediti verilib.

2019-ci ilin yanvar-avqust aylarında isə Fond 171 milyon manat krediti təkrar maliyyələşdirib. Avqust ayında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb. Hansı səbəblərdən ipoteka kreditlərinin verilməsində bu qədər azalmalar olub?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədova müraciət edib.

Vahid Əhmədov: “İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən ipoteka evlərinin sahəsi çox genişdir”.

Əvvələr Azərbaycanda yalnız İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləri, evləri verirdiklərini xatırladan millət vəkili mövzu ilə bağlı PİA.az-a açıqlamasında bildirib ki, indi bu evlərin verilmə sahələri genişləndirilib. Ola bilər ki, genişlənən sahələrdən əhali kifayət qədər yararlanıb:

“Bildiyimiz kimi Azərbaycanda ipoteka kreditlərindən başqa əlavə kreditlər də var. Məsələn “Sosial ipotekalar”, “kirayə evlər” və başqa layihələr həyata keçirilir. Görünən budur ki, bu sahələr daha çox genişləndirilib. Yəni əvvələr Azərbaycanda yalnız İpoteka və Kredit Zəmanət Fondu ipoteka kreditləri, evləri verirdilər.

İndi isə bu evlərin verilmə sahələri genişləndirilib. Ola bilər ki, genişlənən sahələrdən əhali kifayət qədər yayarlanıb. Buna görə də İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən verilən ipoteka kreditlərinin faizi azalıb.

Onu da qeyd edim ki, ümumiyyətlə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən ipoteka evlərinin sahəsi çox genişdir. Xüsusi ilə son vaxtlar dövlət başçısı kirayə evlərin verilməsi ilə bağlı ciddi işlərin görülməsi üçün tapşırıqlar verib. Yəni bu sahə dövlət başçısının da nəzarəti altındadır və müvafiq işlər də görülür”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar