Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2018 seçkisinə Qərbdən müdaxilələr olacağı anonsu


Mehman Əliyev: “Tərəflər daha çox razılığa hazırdırlar, nəinki ciddi qarşıdurmaya”; İqbal Ağazadə: “Azərbaycan seçkiləri sakit məcrada, müdaxiləsiz keçirəcək”


Gələn il martın 18-də Rusiyada keçiriləcək prezident seçkilərində əsas iddiaçılardan sayılan müxalifətçi Aleksey Navalnının seçkilərə buraxılmaması və Qərb dairələrinin buna göstərdiyi reaksiya Azərbaycanda da diqqətlə izlənilir. Qərb mətbuatı prezident Vladimir Putinin əsas rəqibindən qorxduğunu iddia edir, ABŞ Dövlət Departamentinin nümayəndəsi Kley Noelin isə Rusiyada müstəqil səslərə qarşı ciddi tədbirlərin görüldüyünü qeyd edib.

Bunun ardınca isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunları ölkəsinin daxili işlərinə və seçki prosesinə birbaşa müdaxilə kimi qələmə verdi. Onun bu açıqlaması 2018-ci ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı bir məsələni daha da aktual etdi. Gələn il Azərbaycanda seçki  mühitinin gərgin olacağı ehtimalı yüksək görünür. Bu baxımdan ölkə iqtidarının bu dəfə də müəyyən təzyiqləri önləmək məcburiyyətində qalacağını təxmin etmək çətin deyil. Xüsusilə Avropa Şurası başda olmaqla, bəzi mötəbər beynəlxalq qurumlarla Azərbaycanın soyuq münasibətlərini nəzərə alsaq, Qərbdən təzyiq dalğası daha real görünür. Doğrudur, günlər öncə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç maraqlı bir açıqlama vermiş, ölkəsinin hələ də Azərbaycanla bağlı mövqeyini dəqiqləşdirmədiyini bildirmişdi.

Image result for “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev müdaxilənin hər zaman olduğunu düşünür: “O ölkələrin burada maraqları var. Bunu həyata keçirmək üçün daim hərəkətdə olurlar. Hakimiyyətlə təmasdadırlar. Açığı, Azərbaycandakı seçkilərdə heç zaman hakimiyyəti dəyişmək planı olmayıb. Sadəcə, iqtidarla istədikləri maraqlarını həyata keçirmək üçün addımlar atılır, istər seçki dövrü, istərsə də ondan sonra olsun. Bu baxımdan hesab etmirəm ki, indi də hakimiyyəti seçkilərdə devirmək planı olsun. Əslində Rusiya da qarşıdan gələn seçkiləri rahat keçirir. Hətta bizdən də rahat keçirəcəyini demək olar. Çünki Rusiyada seçkilərə, hakimiyyətə münasibət xüsusi bir piar kampaniyasıdır və bu kampaniya çərçivəsində hər şey həll olunur. Biz də isə güc hesabına həll olunur. Piar hissə bizdə demək olar yoxdur. Məsələn, 2003-2005-ci illərdəki seçkilər güc vasitəsilə həll olundu. Rusiyada seçkilər saxtalaşdırıla bilər, amma gücün tətbiq olunmadığı reallıqdır. Bizim bu məsələlərdəki siyasətimiz kifayət qədər primitivdir. Hazırda Qərblə münasibətlərdə Azərbaycanın problemləri var. Qarşıdan seçki ili gəlir və bundan istifadə ediləcəyi real görünür. Çünki çox böyük bir prosesdir. Hər bir hakimiyyət maraqlıdır ki, güc strukturlarının rəğbətini qazansın. Münasibətlərdə bu faktorlar öz rolunu oynayacaq. Qərb onu narahat edən və marağında olan məsələləri qaldıracaq. İki tərəfin atacağı qarşılıqlı addımlar əsasında məsələlər həll olunacaq. Qərb çox maraqlıdır ki, Azərbaycanda islahatlar prosesi getsin. Bəzi məsələlərdə müəyyən addımlar atılsa da, demokratiya, insan haqları və bu kimi məsələlərdə ciddi problemlər var. Düşünürəm ki, qəbul edilən məlum yol xəritələri ilə bağlı gələn il addımlar atılacaq. Müəyyən şeylərdən istifadə edərək, hakimiyyətin Qərblə razılığa gələ biləcəyini düşünürəm. Siyasi məhbusların azadlığa buraxılması məsələsi də önə çəkilə bilər. Bunlar çətin proseslər olsa da, hesab edirəm ki, tərəflər daha çox razılığa hazırdırlar, nəinki  ciddi qarşıdurmaya. Seçkilərə qədər Qərb Azərbaycanla bağlı mövqeyini dəqiqləşdirəcək. Bu proses indi də var. İyul ayına qədər əsas məsələlər öz həllini tapmalıdır”.

Image result for <a href=İqbal Ağazadə">

Ümid Partiyasının sədri İqbal Ağazadə gələnilki seçkilərin xüsusi bir diqqət mərkəzində olmayacağını düşünür: “Bu, regionda daha qlobal hadisələrin, ciddi proseslərin baş verməsi ilə bağlıdır. Bu baxımdan Azərbaycan seçkiləri sakit məcrada, müdaxiləsiz keçirəcək. Azərbaycanla bağlı mövqelər çoxdan dəqiqləşib. Bu mövqelər rəsmi qurumların dilindən mütəmadi səslənir. Azərbaycanı bu və ya digər şəkildə özlərinin müttəfiqi hesab edirlər. Bu istiqamətdə də siyasi kurs götürüblər. Doğrudur, demokratiya və insan haqları ilə bağlı müəyyən mövqelər səslənir. Amma qlobal və strateji mənada Azərbaycan-Qərb, Azərbaycan Amerika arasında bugünkü durumda ciddi bir problem yoxdur. Avropa Şurası və digər qurumlar da bu qəbildəndir. Heç kim Azərbaycanı Avropadan kənarda görmək istəmir. Bu baxımdan bəzi geopolitik hadisələri nəzərə alaraq, Azərbaycanın üzərinə ciddi basqı etmək fikrində deyillər. Çünki Rusiyanın regiona, xüsusilə postsovet məkanı ölkələrinə təsiri danılmaz faktdır. Ukrayna, Gürcüstan timsalında Qərb dairələri bunu çox yaxşı görüblər. Rusiyanı bunlardan çəkindirmək üçün effektiv variantların ortada olmadığı, yaxud təsir imkanlarının hələ də az olduğu qənaətindədirlər. Ukrayna baş verən hadisələr, bu ölkədə yaradılan separatçı respublika, o cümlədən Ukraynanın şərqində baş verənlər onu göstərdi ki, Qərb Rusiyanı durdura biləcək, Kremlin yaxın ölkələrinə göstərdiyi təsirlərin, təzyiqlərin qarşısını almaqda sanballı mübarizə metodunu hələ tapa bilməyiblər. Uzaqdan müəyyən addımlar atırlar ki, bu da demokratiyanın sərhədlərini genişləndirmək üçün heç bir perspektiv vəd etmir. Çünki Rusiya aqressiv davranır. Nəticədə də ləngimələr baş verir. Bunu Ukrayna nümunəsində görə bilərik. Azərbaycana yönəlik siyasətdə bunları hesablayan Qərb dairələri dəyərlərindən çıxış edərək, daha sərt addımlar atmaq siyasətindən qaçmağa meylidirlər. Buna görə 2018-ci ildə Rusiya və Qərbin Azərbaycana müdaxilə edəcəyi yaxud gizli planlarını işə salacaqları ehtimallarını sıfır hesab edirəm. Azərbaycan müxalifətinin, düşüncə adamlarının gələnilki seçkilərə isti münasibətləri yoxdur. Seçkilərdə iştirakı da hakimiyyətdaxili mübarizənin kəskinləşməsi fonunda daha maraqlı elementlərə toxunurlar ki, bu da əslində real deyil. Hakimiyyətdaxili mübarizə hakimiyyətdaxili qarşıdurmadır kimi anlayış yoxdur. Kimlərsə mövqe uğrunda mübarizə apara bilər, kimlərsə prezidentlə, hakim komandanın başında duranlara yaxın olmağa cəhd üçün daxildə intriqalar apara bilərlər. Amma bütövlükdə bu hakimiyyətin mövqelərini zəiflədən bir siyasət kimi ortada olmayacaq. Bu baxımdan hesab edirəm ki, gələn il ciddi siyasi qüvvələrin mütləq əksəriyyəti seçkilərdən imtina edəcək”.(“Yeni Müsavat”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar