Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2018-ci ilin neft gözləntiləri – Kritik illər arxada qalır?


“İllik yanaşma ilə orta qiymətə baxsaq, bazar iştirakçılarına görə 50-60 dollar civarında olan neftin qiymətində bazarda yaxın prespektivlər bərqərarlaşmış olacaq. Hesab edirəm ki, bu proqnoz reallığı əks etdirir”


“Əgər biz indiki şəraitdə iqtisadiyyatda aparılan işlərin həcmini və keyfiyyətini ortaya qoysaq, neftin  50-55 dollar olan vaxtında  həyata keçirilən işlər neftin 120-125-148 dollar olan vaxtında görülən işlərdən qat-qat yüksəkdir”.

Bu sözləri neft sənayesi üzrə ekspert İlham Şaban neftin qiymətinin artıma münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib. 

2018-ci ilin başlanğıcından neftin qiyməti sürətlə artmaqdadır. Bu gün neftin qiyməti 70 dolları ötdü. Dünya Bankının proqnozuna görə, bu il  neftin qiyməti cari ilin bir barel üçün 53 dollarına nisbətdə 56 dollara qədər artacaq. Bununla yanaşı, dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” bu il üçün neft qiymətinə dair proqnozunu artırıb. Qurum bu il üçün “Brent” markalı xam neftin bir barrelinin qiymətinə dair proqnozunu 58 dollardan 62 dollara qaldırıb. Demək olarmı ki, artıq neft bazarında yaşanan kritik illər arxada qalır və neftin qiyməti tam olaraq stabilləşir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft sənayesi üzrə ekspert İlham Şabanın fikirlərini öyrənib.

Image result for ilham şaban pia.az
İlham Şaban: “Qiymətin stabil olduğunu əminliklə demək mümkün deyil”.


Neftin qiymətinin daim dəyişdiyini vurğulayan ekspert İlhama Şabana görə, qiymətlərin stabilliyi barədə konkret fikir bildirmək mümkün olmasa da, bu il neft bazarında prespektivlər bərqərar ola bilər:

“Neftin qiymətinin artımı neft məhsullarına və xammala aid olmadığına görə qiymətin stabil olduğunu əminliklə demək mümkün deyil. Neftin qiyməti gündəlik olaraq daim dəyişir. Ona görə də neftin qiymətini ancaq orta illik qiymətlərlə müqayisə etmək olar. Hətta ötən ilin aylıq göstəricilərinə baxsaq,  IV rübdə neftin qiyməti artan xəttlə davam edib. Lakin ilin ortasında qiymət 42 dollara düşüb. Dekabr ayında isə 66 dollardan yüksək olub. Aradakı  50%-lik fərqi 2016-cı illə müqayisə etsək,  28.5% artım olub. Yəni, orta qiymətlə çox normaldır, amma aylar üzrə baxdıqda ziqzaqvari qrafik alınar. Bu baxımdan illik yanaşma ilə orta qiymətə baxsaq, bazar iştirakçılarına görə 50-60 dollar civarında olan  neftin qiymətində  bazarda yaxın prespektivlər bərqərarlaşmış olacaq. Hesab edirəm ki, hansısa hadisələrin təsiri nəticəsində neft sıçrayışlarından dolayı artan qiymətlərdən daha çox, bu proqnoz reallığı əks etdirir. Bəziləri eyforiyaya qapılaraq bir neçə müddətdən sonra neftin qiymətinin 100 dollar olacağını və ya yenidən 20 dollara enəcəyini proqnozlaşdırır. Necə ki, 2016-cı ilin 20 yanvarında neftin qiyməti ən aşağı həddə düşmüşdü”. 

İlham Şaban: “Effektivlik faizi aşağı olmasaydı, biz indi tamamilə başqa müstəvidə olardıq”.


Hazırkı vəziyyətdə neftin manatla dəyərinin 2013-cü ildəki dəyərə bərabər olduğunu nəzərə alsaq, bu durumun  indiki şəraitdə Azərbaycan iqtisadiyyatında canlanma və inkişafın səviyyəsinə necə təsir edəcəyinə də münasibət bildirən İlham Şaban görə,  mövcud vəziyyətdə görülən işlər daha keyfiyyətlidir:

“Əgər biz indiki şəraitdə iqtisadiyyatda aparılan işlərin həcmini və keyfiyyətini ortaya qoysaq, neftin  50-55 dollar olan vaxtında  həyata keçirilən işlər neftin 120-125-148 dollar olan vaxtında görülən işlərdən qat-qat yüksəkdir. O vaxt neftin qiymətinin yüksək olmasına baxmayaraq, manat dəyərində effektivlik faizi xeyli aşağı idi. Effektivlik faizi aşağı olmasaydı, biz indi tamamilə başqa müstəvidə olardıq”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar