Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2018-ci ilin ən uğurlu rəqəmləri: İt ilində nələr baş verəcək?

2017-ci ili başa vurduq, artıq təzə ilin ilk günlərini yaşayırıq


Hər il olduğu kimi, bu il də insanlara ilin necə keçəcəyi və hansı il olduğu maraqlıdır.

Çin təqviminə görə, ötən il xoruz ili idi. Artıq yeni günlərini yaşadığımız 2018-ci il isə sarı it ilidir. Bu sarı it ilində nələr baş verəcək? Kimə düşərli, kimə uğursuz olacaq?

2018-ci il - sarı it ili haqqında maraqlı məlumatları sizlərə təqdim edirik:

12 heyvanlı Çin bürc təqviminə görə, hər il bir heyvana sıra gəlir. Eyni zamanda bu bürclərin hər biri ayrılıqda 5 alt qrupa ayrılır.  Bu alt qruplar ənənəvi bürclər sistemi kimi bölünür.

Alt qrupda olan bu 5 elemənt odun, atəş, torpaq, metal və sudur.

Bir çox insan artıq it ilinin başlandığını zənn edir. Lakin Çin təqviminə görə, sarı iti ili 16 fevraldan başlayır. Sadaladığımız alt qruplardan isə torpaq qrupuna daxildir.

İnanclara görə, hər ilin bəzi şanslı və şansız tərəfləri var. Bu ilki sarı it ilinin də şansı və şansız tərəfləri açıqlanıb.

Çin təqviminə görə, sarı it ilinin ən uğurlu rəqəmləri 3, 4 və 9, ən uğursuz rəqəmləri isə 1, 6 və 7 olacaq.

Uğur gətirəcək rənglər yaşıl, bənövşəyi və qırmızı, uğursuz rənglər isə göy, ağ və qızılı rəng olacaq. Sarı it ilinin ən uğurlu ayları iyun, oktyabr və dekabr olacaq. Ən uğursuz aylar isə may və avqustdur. Təbii ki, bütün bunlar Çin təqviminə görə hesablanıb.  

Sarı it ilində dünyaya gələn insanların xüsusiyyətləri də çox maraqlıdır. Sarı it ilində dünyaya gələn insanlar dürüst və dostluğa sadiq olaraq bilinir.

Daha bir özəllikləri isə istiqanlı tədbirli və sağlamfikirli olmalarıdır. Sarı it ilində dünyaya gələn insanlar sevdikləri şəxslərə sonsuzadək sadiq olub, onlara qarşı hədsiz dərəcədə mühafizəkar olurlar.

Çin astrologiyasının təqviminə görə, 1946, 1958, 1970, 1982, 1994 və 2006-cı illərdə dünyaya gələnlər it ilinin xarakterlərinə sahibdir.

İt ilində dünya gələn qadınların və kişilərin xüsusiyyətləri də ayrıdır.

İt ilində dünyaya gələn qadınlar öz qayda-qanunları ilə yaşayır. Sürprizləri və ani dəyişiklikləri sevmirlər. Tənqid etməyi çox sevirlər.

İt ilində dünyaya gələn kişilər isə sübhəcil, ağıllı, yardımsevər və istiqanlı olurlar.

İt ilində dünayaya gələn bir çox məşhur siyasətçilər də var.

Misal olaraq, ABŞ prezidentləri Bill Klinton, Corc BuşDonald Tramp və Böyük Britaniyanın baş naziri Uiston Çörçil kimi məşhur siyasətçiləri qeyd etmək olar.(müsavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar