Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2018-ci ilin büdcəsində “Yol xəritəsi”nin aparıcı rolu varmı?


Ekspert: “Əgər hökümət “Yol xəritəsi” çərçivəsində nəzərdə tutulan hansısa fəliyyətləri həyata keçirərsə, biz qeyri-neft sektorunun inkişafı və Iqtisadiyyatın retifikasiyasını müşahidə edə bilərik”


“Hesab edirəm ki, gələn ilin dövlət büdcəsində büdcə xərcləri daxil, xüsusən də infrasturktura ayrılan vəsaitin optimallaşdırılmasına ciddi ehtiyac var”.

Bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov gələn il dövlət büdcəsi layihəsinin tənqid olunmasına şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Noyabrın 22-də Milli Məclisin sədri Oqtay Əsədovun sədrliyi ilə parlamentdə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib. Gündəlikdəki məsələ barədə çıxış edən bir sıra deputatlar 2018-ci ilin büdcə layihəsini yüksək dəyərləndiriblər. Lakin bununla yanaşı, gələn ilin büdcə layihəsini kəskin şəkildə tənqid edən deputatlar da var. Buna görə də Milli Məclis deputatların təkliflərini nəzər almaq üçün hökümətə vaxt verib. 2018-ci ilin büdcəsi ilə bağlı Milli Məclisdə səsləndirilən tənqidlərin əsaslı olduğunu söyləmək olarmı? Ümumiyyətlə, “Yol xəritəsi”nin uğurlu ola biləcəyinə inanmaq olarmı, yoxsa hökümətin effektli strateji iqtisadi inkişaf proqramı yoxdur? Eyni zamanda Azərbaycanın iqtisadi inkişafını əngəlləyən əsas faktorlar hansılardır? 

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert  Vüqar Bayramovun fikirlərini öyrənib. 

Image result for vüqar bayramov

Vüqar Bayramov: “Qənaət rejimi gələn il də davam etdiriləcək və bu fonda xərcləmələrin optimallaşdırılması mövcud olacaq”.


Strateji “Yol xəritəsi”ndə nəzərdə tutulan fəaliyyətlərin düzgün şəkildə həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatının inkişafına müsbət təsir edəcəyini vurğulayan iqtisadçı Vüqar Bayramov PİA.AZ-a açıqlamasında bildirib ki, bu layihənin davamı növbəti illər üçün də keçərli olmalıdır:

“2018-ci ilin dövlət büdcəsinin müzakirəsinə səbəb olan müəyyən məqamlar var. Müzakirə səbəb olan məqamlardan biri  gələn ilin dövlət büdcəsinin keçən illə müqayisədə 4 milyard manata yaxın artırılması  ilə bağlıdır. Nəzərə almalıyıq ki,  son üç ildə büdcə xərclərinin optimallaşdırılması həyata keçirilirdi. Bu konstektdə infrastruktur xərclərinə böyük məbləğin ayrılmasını məqbul hesab etmək olmur və güman edirik ki, psixoloji dayanaqlılığın davam etdirilməsinə ehtiyac var.

Psixoloji dayanaqlılıq gəlirlərə uyğun olaraq xərcləmələrin həyata keçirilməsini tələb edir. Bu baxımdan gələn ilin dövlət büdcəsində də mövcud gəlirlərə və eyni zamanda qənaətcil büdcə fonunda xərcləmələrə gedilməsi daha məqsədəuyğun olardı. Qənaət rejimi gələn il də davam etdiriləcək və bu fonda xərcləmələrin optimallaşdırılması mövcud olacaq. Hesab edirəm ki, gələn ilin dövlət büdcəsində büdcə xərcləri daxil, xüsusən də infrasturktura ayrılan vəsaitin optimallaşdırılmasına ciddi ehtiyac var.Eyni zamanda sosial xərclərin artırılması məqsədəuyuğundur. 

Vüqar Bayramov: “Gələn ilin dövlət büdcəsi son illərin hazırlanmış dövlət proqramları içərisində fərqli bir sənəddir”.


İqtisadi inkişafı əngəlləyən faktorlara gəlincə, gələn ilin dövlət büdcəsi son illərin hazırlanmış dövlət proqramları içərisində fərqli bir sənəddir. Strateji “Yol xəritəsi”nin monitorinqlərinin davam etdirilməsi və növbəti  illərdə də qiymətləndirmənin rüblər üzrə də  aparılmasına ehtiyac var. Bu baxımdan nöbvəti illərdə də strateji  “Yol xəritəsi” Azərbaycan iqtisadiyyatının inkişafı baxımından aparıcı xətt olmalıdır. 

Əgər hökümət “Yol xəritəsi” çərçivəsində nəzərdə tutulan hansısa fəliyyətləri həyata keçirərsə, biz qeyri-neft sektorunun inkişafı və Iqtisadiyyatın retifikasiyasını müşahidə edə bilərik. Həmçinin birmənalı şəkildə mövcud kadr potensialından istifadə etməklə, təkminləşdirilməyə önəm verilməlidir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar