Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2018-ci il “Oskar”a namizədlərin ADLARI açıqlandı


ABŞ-ın Los-Anceles şəhərində 2018-ci il "Oskar" kino mükafatları üçün namizədlərin adları açıqlanıb


Trend-in məlumatına görə, "Ən yaxşı film" nominasiyasına "Məni öz adınla çağır", "Qaranlıq saat", "Dünkerk", "Uzaqlaş", "Ledi Börd", "Görünməz sap", "Məxfi dosye", "Suyun forması", "Ebbinqdə üç billbord" filmləri namizəd olub.

“Ən yaxşı rejissor işi” nominasiyasında Kristofer Nolan ("Dünkerk"), Pol Tomas Anderson ("Görünməz sap"), Cordan Pil ("Uzaqlaş"), Gilyermo del Toro ("Suyun forması") və Qreta Gerviq ("Ledi Börd") mükafata namizəd görülüb.

“Ən yaxşı aktyor” nominasiyasında isə Timoti Şalame ("Məni öz adınla çağır"), Qari Oldman ("Qaranlıq saat"), Deniel Dey-Lüis ("Görünməz sap"), Denzel Vaşinqton ("Roman İzrael") və Deniel Kaluuya ("Uzaqlaş") mübarizə aparacaq.

“Ən yaxşı aktrisa” nominasiyasında Selli Houkins ("Suyun forması"), Sirşa Ronan ("Ledi Börd", Fransis MakDormand ("Ebbinqdə üç billbord"), Meril Strip ("Məxfi dosye") və Marqo Robbi ("Mən, Tonya") "Oskar"a namizəd görülüb.

“Ən yaxşı xarici film” nominasiyasında isə “Fantastik qadın” (Çili), “Bədən və ruh haqqında” (Macarıstan), “Təhqir” (Livan), “Kvadrat” (İsveç) və “Sevgisiz” (Rusiya) filmləri namizəd görülüb.

Bu il bu mükafata "Ən yaxşı qrim və saç düzümü" nominasiyasında isə "Qaranlıq saat", "Viktoriya və Abdul" və "Möcüzə" filmləri namizəd olub.

Qeyd edək ki, bu mötəbər kino mükafatlarının təqdimetmə mərasimi martın 4-də baş tutacaq. "Oskar" 1929-cu ildən təsis edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar