Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2018-ci il seçki ilidir - Partiyalar seçkilərə hazırlaşırmı?


Fazil Mustafa: “Əslində hər bir partiya öz daxilində seçki kampaniyasına başlayıb. Amma konkret namziədlərin verilməsi üçün qanunda nəzərdə tutulan vaxt var”.


Sərdar Cəlaloğlu: “Azərbaycan iqtidarının uzunmüddətli apardığı siyasət nəticəsində demək olar ki, siyasi mühit  tamamilə məhv edilib”.

Bir neçə gün öncə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işlərinin başlaması barədə məlumat verib. MSK sədrinin sözlərinə görə, yanvar ayının ilk günlərindən başlayan dəqiqləşdirmələr fevralın 5-dək məntəqə səviyyəsində başa çatacaq. Dairələrdə müzakirə olunandan sonra MSK-ya məlumatlar göndəriləcək. May ayının axırına qədər bu prosesə yekun vurulacaq və siyahılar rəsmi sənəd kimi təsdiq ediləcək.  

Qəribədir ki, MSK seçkiyə hazırlaşdığı halda, ölkədə heç də seçki ab-havası hiss olunmur. Hətta siyasi partiyalar belə seçki hazırlığı ilə heç bir bəyanat vermirlər. Müxalifət düşərgəsində isə tamamilə süstlük və səssizlik hökm sürür. Müxalifət ümumiyyətlə seçki haqqında danışmır və belə çıxır ki, müxalif düşərgə seçkidə iştirak edib etməyəcəyi ilə bağlı qərasızdır. Eyni mənzərə parlamentdə təmsil olunan müxalifət partiyalarında da müşahidə olunur. Demək olar ki, parlament partiyaları da seçki ilə bağlı laqeydlik nümayiş etdirirlər. Yalnız hakim Yeni Azərbaycan Partiyasının (YAP) bir sıra funksionerləri ötən ilin son aylarında 2018-ci il seçkiləri ilə bağlı müəyyən fikirlər səsləndiriblər. Hazırda isə YAP düşərgəsində də susqunluq hökm sürür. Bu susqunluğun səbəbi nədir? Ümumiyyətlə, ölkədə müxalifət partiyalarını bir araya gətirəcək baza prinsipləri mövcuddurmu və bu baza prinsipləri ətrafında müxalifət hansısa bir formatda konsolidasiya yarada bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Böyük Quruluş Partiyasının sədri, deputat Fazil MustafayaAzərbaycan Demokrat Partiyasının sədri  sədri Sərdar Cəlaloğluna müraciət edib.











Fazil Mustafa: “Ölkədə siyasi durğunluq var. Siyasi partiyaların fəaliyyətində də xeyli zəifləmə müşahidə olunur”.

Əksər partiya rəhbərlərinin aydın mövqeyi olmadığını qeyd edən millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa mövzu ilə bağlı PİA.AZ-a verdiyi açıqlamada vurğulayıb ki, buna görə də müxalif qüvvələrinin birləşməyi nəyisə həll etmir. Əsas hansısa bir proqramın, platformanın müdafiəsi kimi cəmiyyətdə tanınmaqdır:

“Mart ayından başlayaraq seçki kampaniyasına start veriləcək. Əslində hər bir partiya öz daxilində seçki kampaniyasına başlayıb. Amma konkret namziədlərin verilməsi üçün qanunda nəzərdə tutulan vaxt var. Bu vaxta qədər də kimsə tələsmək istəmir. Həmçinin də ölkədə siyasi durğunluq da var. Siyasi partiyaların fəaliyyətində də xeyli zəifləmə müşahidə olunur. Bu amillərə görə də siyasi partiyada seçki hazırlığı hiss olunmur.

 Yəqin ki, yaxın zamanlarda partiyalar namizədlərin verilməsinə başlayacaq. Amma müxalifət də bir cinahlı deyil. Çünki parlament müxalifəti, radikal müxalifət var, fəaliyyəti o qədər də hiss olunmayan müxalifət partiyaları var. Hər kəs də özünə uyğun bir cinahda müzakirə aparıb, qərar qəbul edəcək.

Hər partiyanın öz lideri var. Heç kəs istəmir müəyyən dərəcədə birlik modeli altına girsin. Hər bir müxalifət lideri öz təbliğatına daha çox üstünlük verir. Onu da qeyd edim ki, indi partiya rəhbərlərinin əksəriyyətinin partiya proqramına görə hərəkət etməsindən daha çox şəxsi addımları önəm daşıyır. 

Sözsüz ki, hər kəs də dünyagörüşünə görə ölkə həyatında baş verən proseslərə təsir edə bilir. Bu təsir imkanları da kimisində az, kimisində də çox səviyyədədir. Hər halda partiya rəhbərlərinin cəmiyyətdə mövqeyi aydın olmalıdır. Əksər partiya rəhbərlərinin də aydın mövqeyi yoxdur. Buna görə də müxalif qüvvələrinin birləşməyi nəyisə həll etmir. Əsas hansısa bir proqramın, platformanın müdafiəsi kimi cəmiyyətdə tanınmaqdır. Bundan sonra birlik olub-olmayacağı taktiki məsələdir”.

Картинки по запросу serdar celaloglu







Sərdar Cəlaloğlu: “Baş verən hadisələrə, gedən prosseslərə cəmiyyət yüksək səviyyədə münasibət bildirilsəydi, o halda siyasi müxalifətin həmrəyliyi aktual olardıl”.


Ölkənin siyasi vəziyyətinin ürəkaçan olmadığını bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğluna görə, bundan sonrakı dönəmdə də siyasi gedişatda dirçəlişin olması gözlənilən deyil:

Azərbaycan iqtidarının uzunmüddətli apardığı siyasət nəticəsində demək olar ki, siyasi mühit  tamamilə məhv edilib. Söhbət təkcə müxalifətdən getmir. Azərbaycan iqtidarının özünün də siyasi vəziyyəti ölü vəziyyətindədir. Sadəcə olaraq, müəyyən münasibətlər, korrupsiya və qeyri-qanuni zorakılıq hesabına dövlət idarə olunur. Bu, bizim ümumi bəlamızdır. Azərbaycanda uzun illərdir ki, seçkilər formal xarakterli keçirilir  və vətəndaşlarda, siyasi partiyalarda seçkilərə olan marağı sıfır vəziyyətinə salıb. Yəni, hakimiyyət düşünülmüş şəkildə cəmiyyəti siyasisizləşdirib, həmçinin müxalifəti siyasi səhnədən  uzaqlaşdırıb. Bunun nəticəsi olaraq vətəndaşlarda da siyasi fəallıq aşağı düşüb. 

Birləşmə siyasi maraqları düzgün müəyyən etməyin, fəallığın və uzaqgörənliyin  əsas əlamətlərindn biridir. Əgər ölkədə siyasi səviyyə aşağıdırsa, o zaman yüksək siyasi mədəniyyətə xas tələblər gözləmək olmaz. Siyasi qüvvələrin bir araya gəlib ittifaqlar yaratması da yüksək siyasi mədəniyyətə aid olan amillərdəndir. Məsələn, qardaş Türkiyədə qarşıdan gələn president seçkilərində MHP ilə AKP birlikdə ittifaq şəkilində vahid namizəd üzrə razılığa gəliblər və iş aparırlar. Çünki indiki şəraitdə Türkiyədə həddən artıq yüksək siyasi aktiv vəziyyət mövcuddur. Eləcə də Türkiyəyə qarşı xarici dövlətlər ən müxtəlif planlar hazırlayırlar. Bu baxımdan ölkə siyasi cəhətdən tam  olaraq, ayaq üstündədir. Azərbaycanda isə cəmiyyət və siyasi qüvvələr ölüdür. Ona görə də siyasi müxaifətin bir araya gəlməsi çox ciddi bir porblemdir. 

Baş verən hadisələrə, gedən prosseslərə cəmiyyət yüksək səviyyədə münasibət bildirilsəydi, o halda siyasi müxalifətin həmrəyliyi aktual olardı. 90-cı ilin axırları və  2000-ci ilin əvvəllərində siyasi partiyalar demək olar ki, ittifaqlar şəkilində fəaliyyət göstərirdilər. Çünki həmin dövrlər Azərbaycanda çox ciddi siyasi birlik var idi. 2015-ci ildən sonra Azərbaycanda aparılan siyasi gedişat həm iqtidarın, həm də müxalifətin vəziyyətinə mənfi təsir etdi. İndiki şəraitdə isə müxalif partiyaların birləşməsi mümkün deyil”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar