Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2018-ci ildə dünyanın ən dəqiq aviaşirkət və aeroportlarının reytinqi tərtib edilib

“OAG Aviation Worldwide” analitika firması 2018-ci ilin yekunlarına görə dünyanın ən dəqiq aviaşirkət və aeroportlarının reytinqini tərtib edib

Reytinq məlumatlarına görə, Panamanın “Copa Airlines” şirkətinin reyslərində gecikmələr və qeyri-dəqiqliklər daha az müşahidə olunub. Bu siyahıda ilk onluğa Latviyanın “airBaltic”, Qətərin “Airways”, Hollandiyanın KLM, habelə “Hong Kong Airlines”, “Hawaiian Airlines”, “Bangkok Airways”, “Qantas Airways”, “LATAM Airline”, “Azul” daxil olub.

Tokionun “Haneda” aeroportu iri aeroportlar arasında (ildə 30 milyon yola salınan sərnişin) dəqiqliyinə görə lider olub. Moskvanın “Şeremetyevo” aeroportu “Əsas aeroportlar” (ildə 20-30 milyon sərnişin) kateqoriyasına başçılıq edib, ən dəqiq işləyən kiçik aeroport isə (ildə 2,5-5 milyon sərnişin) Minsk aeroportu sayılıb.

Reytinq 2018-ci ilin reysləri barədə 58 milyon məlumat əsasında tərtib edilib. Burada reyslərin göndərilməsi və qəbulu vaxtı üzrə məlumatlarının 80 faizindən çoxu analitiklərin sərəncamında olan aviaşirkət və aeroportlar göstərilib. Ekspertlər nəzərdə tutulan göndərilmə və qəbuletmə vaxtından 15 dəqiqə ərzində həyata keçirilən reysləri vaxtında yerinə yetirilmiş reyslər sayıblar.(azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar