Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2017-ci ili Azərbaycan üçün iqtisadi cəhətdən uğurlu hesab etmək olar?


Vahid Əhmədov: “2017-ci il Azərbaycan iqtisadiyyatında müəyyən islahatlar ili kimi yadda qalacaq”


Vüqar Bayramov: “Əgər Mərkəzi Bank buna nail ola biləcəksə, təbii ki, 2017-ci il məzənnə baxımından stabil məzənnə ili kimi yadda qala bilər”.

İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2017-ci il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən 2017-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 1% olmaqla 61,4 mlrd. manat təşkil etməli idi. Həmçinin 2017-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun 4 mlrd. manatı və ya 6,4%-i kənd, meşə və balıqçılıq təsərrüfatının, 22,2 mlrd. manatı və ya 36,2%-i sənayenin, 6,1 mlrd. manatı və ya 9,9%-i tikintinin, 24,3 mlrd. manatı və ya 39,6%-i xidmətlərin istehsalının, 4,8 mlrd. manatı və ya 7,8%-i məhsula və idxala xalis vergilərin payına düşməli idi. 

Artıq 2017-ci il sona çatır. 2017-ci ili Azərbaycan üçün iqtisadi cəhətdən uğurlu hesab etmək olar və iqtisadi artım gözləntilərin çərçivəsindədədirmi? Düşünmək olarmı ki, 2017-ci ildə Azərbaycanda effektli və səmərəli iqtisadiyyatın formalaşdırılması üçün hansısa təməllər atılıb?   

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədova və iqtisadçı- ekspert Vüqar Bayramova müraciət edib.



Vahid Əhmədov: “Manatın devalvasiyası 2018-ci ilin iqtisadiyyatı üçün baza yaradılmasına, “Strateji Yol Xəritəsi”nin daha da geniş vüsət almasına zəmin yaratmış oldu”.


2017-ci ilin yekunlarına əsasən Ümumi Daxili Məhsulda müəyyən qədər azalmanın olduğun nəzərə çatdıran millət vəkili Vahid Əhmədov bildirib ki, qeyri-neft sektorunun, sənayə sahəsinin inkişafında müəyyən artımlar müşahidə olunmaqdadır:

“2017-ci il Azərbaycan iqtisadiyyatında müəyyən islahatlar ili kimi yadda qalacaq. Çünki 2016-cı ilin dekabrında cənab Prezident tərəfindən “Strateji Yol Xəritəsi” adlanan islahatlar paketini imzalandı. “Strateji Yol Xəritəsi”nə uyğun olaraq da müəyyən islahatlar həyata keçirilməyə başladı. İlk olaraq Prezident Aparatında müşavirlik inistitutu ləğv edildi və onun yerinə köməkçi institutu yaradıldı. Həmçinin orada bir sıra şöbələr ləğv edildi və bir sıra şöbələr də birləşdirildi. Bundan sonra Azərbaycan Nazirlər Kabineti tərkibində çox ciddi struktur dəyişikliklər apardı. Nazirlər Kabinetində 280 nəfərdən 200-ə yaxın insan saxlanıldı. Nazirlər Kabinetində də müəyyən şöbələr birləşdirildi və müəyyən şöbələr ləğv edildi.

Həmçinin Nəqliyyat Nazirliyi ləğv edildi. Yəni aparılan bütün bu islahatlar cənab Prezident mütamadi olaraq davam etdirirdi, amma 2017-ci ildə daha da həyata keçirməyə başladı. 2017-ci ildə neftin qiyməti 55 dollardan aşağı düşdü. Hansı ki, neftin qiyməti  Azərbaycan iqtisadiyyatı üçün çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan da 2017-ci il dövlət büdcəsin 40 dollardan hesablamışdı. Bu da müəyyən qədər Azərbaycan iqtisadiyyatının inkişafına öz təsirin göstərirdi. 

Vahid Əhmədov: “2017-ci ildə dünya iqtisadiyyatında müəyyən qədər problem olduğu kimi, Azərbaycan da problemlər oldu”.


2017-ci ilin yekunlarına əsasən Ümumi Daxili Məhsulda ola bilər ki, müəyyən qədər azalma olsun. Amma 2017-ci ildə qeyri-neft sektorunun, sənayə sahəsinin  inkişafında müəyyən artımlar müşahidə olunmaqdadır. Həmçinin 2017-ci ildə Azərbaycanda ilk olaraq 2016-ci ildə başlamış müəyyən sənayə parkları istifadəyə verildi. 

Ümumiyyətlə 2017-ci ildə dünya iqtisadiyyatında müəyyən qədər problem  olduğu kimi, Azərbaycan da problemlər oldu. Ən əsas da 2015-ci ildə manat devalvasiya oldu. Bu da iqtisadiyyata öz təsirini göstərdi. Amma manatın devalvasiyası 2018-ci ilin iqtisadiyyatı üçün baza yaradılmasına, “Strateji Yol Xəritəsi”nin daha da geniş vüsət almasına zəmin yaratmış oldu”.



Vüqar Bayramov: “2017-ci il 2015-16-ci illərdən fəqli il oldu. Bu fəqlilik əsasən fevral ayından etibarən manatın stabilliyinin qorunub saxlanılması ilə bağlı oldu. Bu baxımdan 2017-ci il stabil il kimi qiymətləndirilə bilər”.


Dekabrın 2-ci yarısında dollara olan tələbin artacağının proqnazlaşdırıldığını qeyd edən iqtisadçı -ekspert Vüqar Bayramov əlavə edib ki, bu zaman manatın məzənnəsi də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Ekspertə görə Mərkəzi Bank çalışmalıdır ki, dekabrın 2-ci yarısında da manatın məzənnəsində olan stabilliyi qoruyub saxlasın:

“2017-ci il 2015-16-ci illərdən fəqli il oldu. Bu fəqlilik əsasən fevral ayından etibarən manatın stabilliyinin qorunub saxlanılması ilə bağlı oldu. Bu baxımdan 2017-ci il stabil il kimi qiymətləndirilə bilər. Çünki manatın məzənnəsinin belə stabil saxlanılması iqtisadiyyat üçün çox vacib idi. Hər halda manatın stabil saxlanılması üçün Mərkəzi Bankın hansı metodan istifadə etdiyi təbii ki, məsələnin bir tərəfidir və bu müzakirə olunacaq məsələdir. Biz əslində Mərkəzi Bankın pul bazasını kəskin məhdudlaşdırmasının tərəfdarı deyildik. Amma Mərkəzi Bank pul bazasıda daxil olmaqla, digər vasitələrdən istifadə etməklə manatın məzənnəsində satbilliyi qoruyub saxladı. 

İqtisadiyyat üçün, xüsusən də neftin dünya bazar qiymətinin aşağı düşdüyü dövrdə milli manatın məzənnəsi və məzənnədəki stabillik çox önəmlidir. Buna görə də manatın məzənnəsinin qorunub-saxlanılması diqqət çəkən əsas məqamlardan biridir. Hələ ki, il başa çatmayıb. Dekabrın 2-ci yarısında dollara olan tələbin artacağı proqnazlaşdırılır. Manatın məzənnəsi də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Amma Mərkəzi Bank çalışmalıdır ki, dekabrın 2-ci yarısında da manatın məzənnəsində olan stabilliyi qoruyub saxlasın. Əgər Mərkəzi Bank buna nail ola biləcəksə, təbii ki, 2017-ci il məzənnə baxımından stabil məzənnə ili kimi yadda qala bilər.

Vüqar Bayramov: “Vergilər Nazirliyində edilən dəyişiklik daha çox diqqəti çəkən kadr dəyişikliyi oldu”.


Hələlik göstəricilərə görə 2017-ci ildə Ümumi Daxili Məhsulda artım qeydə alınmayıb. Amma qeyri-neft sektrounda artım qeydə alınıb. Ümumi Daxili Məhsulun azalması da neftin dünya bazarındakı qiyməti ilə bağlıdır. Həmçinin 2017-ci ildə yadda qalan hadisələr sırasında bir neçə nazirliyin, xüsusən də Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi oldu. Həmçinin Vergilər Nazirliyində edilən dəyişiklik də daha çox diqqəti çəkən kadr dəyişikliyi oldu. Biz kadr dəyişikliklərinin davam etdirilməsinin tərəfdarıyıq və güman edirəm ki, 2018-ci ildə də kadr dəyişikliyi davam etdiriləcək. Çünki kadr dəyişikliyi islahatların aparılması baxımından çox vacib məqamdır. 

Ümumiyyətlə 2017-ci ildə yadda qalan dəyişiklikdən biri də odur ki, bu il “Strateji Yol Xəritəsi”nin monitorinqi aparıldı. Etiraf etmək lazımdır ki, bu monitorinq obyektiv və müstəqil aparıldı. Hətta monitorinqə ekspertlər belə cəlb olundu. Buna görə düşünürəm ki, bu müsbət haldır və “Strateji Yol Xəritəsi”nin icrası baxımından da vacibdir. Amma qeyri-neft sektorunun inkişafı və neftdən asılılığın azaldılması sadəcə bir neçə ilnən məhdudlaşan siyasət deyil. Bunun üçün zaman tələb olunur. Bizim proqnozlar göstərir ki, əgər islahatlar bu cür davam edərsə, o halda 2020-ci ildə iqtisadiyyatın ilkin deflsikasiyasını müşahidə edə bilərik”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar