Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2017-ci ildə işıq üzü görəcək romanlar - Siyahı


PİA.AZ publika.az-a istinadən 2017-ci ildə işıq üzü görəcək romanların qısa siyahısını təqdim edir


Qeyd edək ki, gözlənilən yeniliklər bir çox oxucuların ürəyini fəth etmiş məşhur müəlliflərə aiddir.

Sözsüz ki, ilk yeri "Odun və buzun rəqsi" silsiləsinin davamı, sayca altıncı kitab olan "Qışın küləyi" tutur. Corc Martinin bu romanı son illərin ən gözlənilən kitabıdır. Bundan öncəki "Əjdahalarla rəqs" adlı kitabı 2011-ci ildə çıxıb. Son məlumatlara görə, "Qışın küləyi" 2017-ci ilin martında işıq üzü görəcək. Ancaq fanatlar sevinməyə tələsməsin, çünki yazıçı romanın nəşrinin yenə təxirə sala bilər.

Gələn ilin aprel ayında bizə keçmişdən salamı "Zərif gecə" və "Məşhur Qetsbi" romanlarının müəllifi Frensis Skott Fitscerald verəcək. Amerika nəşriyyatı müəllifin 30-cu illərdə yazdığı, daha öncə çap olunmamış əsərlərini dərc edəcək. Hekayə toplusu "I`d Die for You" adı altında çıxacaq. Topluda həmin dövrün dünya görünüşünə uyğun olmayan hekayələrin yazıldığı üçün dərc olunmayıb. Müəllifin özü isə yazdığı hekayələrin dəyişdirilməsini və senzuradan keçməsini istəməyib.

Estafeti "Milenuim" trilogiyasını davamını yazan David Laqerkrants əlinə alır. Müəllifin ikinci kitabı 2017-ci ilin payızında çıxacaq. David kitabda elmi-kütləvi mövzudan çəkindiyi üçün, onu oxumağın rahat olacağını deyib. Yazıçı kitabın süjetini açıqlanmasa da, onun maraqlı olacağını vurğulayıb.

2017-ci ilin payızı bizi daha bir müəllif öz romanı ilə sevindirəcək. Bu professor Robert Lenqdonun başına gələnləri yazan Den Braundur. Yeni "Törəmə" adlı kitabda, professor yenə çətinliklərlə üzləşəcək, elm, din və incəsənətlə bağlı suallara cavab axtaracaq. Qeyd edək, bu il yazıçının dördüncü kitabına çəkilən "İnferno" filmi nümayiş olunub.

Yeniyetmələrin sevimli yazıçısı, "Ölüm silahı" adlı silsilə kitablarından sonra məşhurlaşan Kassandra Kler gələn ilin mayında yeni trilogiyanın ikinci hissəsi "Qara incəsənət" işıq üzü görəcək. Əsərin birinci hissəsi "Gecənin ledisi" adlanır. Bu hekayə şeytanları öldürən Emmi və dostu Culian haqqındadır. "Ölüm silah"ı yetərincə maraqlı və qeyri-adi seriyadır. Ümid edək ki, yeni silsilə də mistik və nəfəskəsici olacaq.

"Başqalaşan" silsilə kitabları ilə tanınan müəllif Veronika Rotun yeni romanı 2017-ci ilin əvvəli çıxacaq. "Markı doğramaq" adlı yeni romanında Akos adlı bir gəncin qardaşlarını oğurlayaraq diktaturanın və qəddarlığın olduğu planetə qaçırılmasından danışılır. Gənclər yaşamaq üçün gərək bir xeyli tər töksünlər...

Məşhur aktyor Qari Oldman bu dəfə sevənlərini yeni kitabı ilə sevindirəcək. "Qanlı atlılar" adlı kitabda sevginin gücündən bəhs edilir. Bu, Vəhşi Qərbdə yaşayan vampirlər haqqında kitabdır. Qari Drakula rolunu çox gözəl oynayıb. Bəs kitab necə, rolu kimi yaxşı olacaqmı?

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar