Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2017-ci ildə Azərbaycanı nə gözləyir?


Elşən Manafov: “Azərbaycan Avropa ilə əməkdaşlıq siyasətini davam etdirməlidir”


Başa vurduğumuz il bir sıra müsbət və mənfi məqamlarla yadda qaldı. 2016-cı ildə ən yadda qalan hadisələrdən biri dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsindən sonra Azərbaycanda baş verən devalvasiya oldu. Həmçinin cari il ərzində ölkə həyatında, əsasən isə siyasi xəttində digər mühüm hadisələr də baş verdi. Dünyanın siyasi mənzərəsi isə bəzi geosiyasi proseslərlə yadda qaldı. Əsas qarşıdurmalar özünü Baltikyanı ölkələrdə göstərdi. 2016-cı ildə Rusiya Ermənistanla birgə hərbi qüvvələrin yaradılmasına dair bir neçə müqavilə imzaladı. Əvvəlcə Ermənistanın hərbi hava məkanı Rusiyanın tabeliyinə verildi. Daha sonra Rusiya Ermənistanla vahid qoşun birləşmələrinin yaradılmasına dair müqavilə imzaladı.

Qafqazda Rusiyanın strateji təsir imkanları daha da artırıldı. Rusiyanın 2017-ci ildə rolunun artacağı gözlənilir. Bu ilk növbədə Özbəkistanda hakimiyyət dəyişikliyi ilə bağlı hesab olunur. Yəni Rusiyaya yaxın mövqeyi ilə seçilən Şövkət Mirziyoyevin hakimiyyətə gəlməsi hesab olunur ki, o Rusiyanın təsir imkanlarını genişləndirə bilər. Rusiyanın Potsovet məkanında geosiyasi nüfuzunun artacağı ehtimal olunur. Bu yaxınlarda qəbul edilmiş 2018-ci il dövrü əhatə edən yeni xarici siyasət konsepsiyasında da potsovet məkanında Rusiyanın fəallığının artacağına dair xüsusi müddalar var.

Əvvəlki dövrlərlə müqayisədə başlıca prioritet elan edilməsə də Dnestryanı, Abxaziya və Asetiya münaqişələri xüsusi olaraq vurğulanır. Siyasi ekspertlərin fikrincə, 2016-cı ilin aprelində baş vermiş 4 günlük müharibə kimi yeni qarşıdurmaların rtması riski hələ Dağlıq Qarabağın ətrafında qalıb. Bu da ilk növbədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarının dayandırılması ilə bağlıdır. Rusiyanın Ermənistanıson vaxtlar silahlandırması, uzaqmənzilli raketlərin və ağır silahların Ermənistana verilməsi bölgədə gərginliyin artmasına səbəb ola bilər.

Ekspertlər hesab edir ki, Yaxın və Orta Şərqdə baş verən Rusiya-Amerika gərginliyi istər-istəməz Cənubi Qafqaza da təsirini göstərəcək. Digər ehtimallara görə Respublikaçıların hakimiyyətə gəlməsindən sonra, yəni Donald Trampın prezidentliyə başlayacağı dövrdən sonra postsovet məkanında baş verə biləcək proseslər Amerika-Rusiya münasibətlərinin yaxın perspektivdə inkişaf isqimətlərindən asılıdır. Amma bu gərginliyin qısa bir müddətdə aradan qaldırılacağı yaxın zamanda gözlənilmir. Çünki Barak Obama hakimiyyəti təhvil verməzdən sonra Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə dair bir neçə qanun imzalayıb. Bunlardan ən sonuncusu 2017-ci ildə Ruaiyaya silah satışının qadağan edilməsi və bu ölkənin Ukraynanın ərazi bütövlüyünün pozması halları aradan qaldırılmayacağı təqdirdə Rusiya ilə hər hansı bir əməkdaşlıq nəzərdə tutulmur. İkincisi, Qlobal Maqnitski Aktı Rusiyaya tətbiq edilir. Digər tərəfdən Ukrayna-Minsk Aktının yerinə yetirilmədiyinə Rusiyaya həm Amerika, həm də Avropa Birliyi tərəfindən 2017-ci ilin 6 ayı ərzində sanksiyaları nəzərdə tutulan xüsusi qanun qəbul edilib. İndi bütün bunlar yaxın gələcəkdə ABŞ, AvropaRusiya münasibətlərinin gərgin qalacağını göstərir. Yaxın gələcəkdə ehtimal olunur ki, Cənubi Qafqazda Nato Rusiya qarşıdurması dərinləşərsə, bu Azərbaycan-Ermənistan münaqişəsinə də təsir göstərə bilər. 



Politoloq Elşən Manafov “Cümhuriyət” qəzetinə bildirib ki, Rusiyadan Azərbaycana hər hansı təhlükənin gələcəyi ehtimal olunmur:

“Hazırda Azərbaycanla Rusiya arasındakı durumuna və formatına diqqət yetirsək də görərik ki, bu münasibətlər qarşılıqlı anlaşma və qarşılıqlı hörmət müstəvisində inkişaf etdirilir. Azərbaycan Rusiyanın enerji və ərzaq asılılığında olan bir dövlət deyil ki, onun adından Rusiya müəyyən mənada danışa bilsin. Azərbaycanın Rusiya ilə münasibətlərini ikitərəfli formatda həm MDB məkanında, həm də digər subregional və regional təşkilatlar daxilində məhz qarşılıqlı anlaşma müstəvisində qurub. Hətta ATƏT-in Parlament Assambleyasında zaman-zaman Rusiya münasibətləri sərgilənən mövqeyə də Azərbaycan haqlı olaraq iradını ortaya qoyub. Bu məsələdə hətta bəzi hallarda Rusiya dövlətçiliyinin yanında olub. 

Dağlıq Qarabağ probleminin tənzimlənməsində Rusiyanın sərgilədiyi mövqe təəssüf doğura bilər. Hərçənd ki, Rusiya dəfələrlə bəyan edib ki, bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bu mənada Rusiyanın mövqeyi ATƏT-in Minsk Qrupunda təmsil olunmuş digər dövlətlərin mövqeyindən bir o qədər də fərqlənmir. İstər Fransa, istərsə də ABŞ dəfələrlə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını vacib sayırlar. Münaqişəyə münasibətdə hər üç dövlətin sərgilədikləri ikili standartları daim Azərbaycan ictimaiyyətində məyusluq doğurub.

Bu da Rusiyanın super dövlət olaraq Cənubi Qafqazda geosiyasi maraqları var. Bu maraqlar ABŞAvropa Birliyinin maraqları ilə üst-üstə düşmür. Ümid edirik ki, ABŞRusiya arasındakı münasibətlər Trampın prezidentlik kürsüsünə əyləşməsindən sonra daha sərfedilmiş müstəvi üzərinə gələcək. Hər halda Tramp Rusiya ilə beynəlxalq terrorizmlə qarşı mübarizədə əlbir olacağını bəyan edib. Düşünürəm ki, məlum super dövlətlər arasındakı əməkdaşlıq qarşılıqlı anlaşma müstəvisində davam etdirilsə, Qarabağ problemi ilə bağlı olaylara da müəyyən mənada münasibət dəyişəcək. 2017-ci ildə Qarabağ problemi ilə bağlı məsələlərin hansı istiqamətdə gedə biləcəyi, problem barədə Azərbaycanın ciddi uğura imza ata biləcəyi amil ABŞ-Rusiya münasibətlərinin formatından, xarakterindən, mahiyyətindən asılı olacaq”. Politoloqun sözlərinə görə, təəssüflər olsun ki, 2017-ci il Azərbaycan üçün xoş heç nə vəd edilmir: “İqtisadi böhran dərinləşməkdədir. Bankların durumu göz qabağındadır. 

Əhalinin sosial maddi durumu ağırlaşmaqdadır. Dövlət büdcəsi kəsirlə təsdiq olunub. İqtidarın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət bütün bu illər ərzində Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı maraqlarına xidmət edir. Hər halda Azərbaycanda ictimai sabitliyin qorunması təkcə iqtidarın deyil, xalqın və müxalifətin də üzərinə düşən milli məsələlərdən biridir. Azərbaycanın təhlükəsizliyi xarici dövlətlərdən daha çox daxilində mövcud problemlərin necə həll etmək imkanından da asılı olacaq. Amma Azərbaycanla Rusiya arasındakı münasibətlərə rəqmən hazırda hər hansı təhlükə olacağını düşünmürəm.

Təbii ki, əgər ABŞ bölgəyə münasibətdə həyata keçirdiyi siyasəti 180 dərəcə dəyişməyə cəhd göstərsə, Azərbaycan-ABŞ-Rusiya münasibətlərindəki mahiyyətinə təsir göstərə bilər. Bütün hallarda Azərbaycanın hələki həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti onun mövcud milli təhlükəsizliyinin qarantıdır. Dünyadakı qüvvələr nisbətindən və bölgədə gedən geosiyasi mübarizənin reallıqlarından çıxış edərək deyə bilərik ki, bundan sonra AzərbaycanAvropa Birliyi arasında əməkdaşlıq siyasətini, beynəlxalq terrorizmə qarşı mübarizədə olan mövqelərimizi ortaya qoysaq, Azərbaycan onu gözləyən ciddi təhlükələrdən və təhdidlərdən kənarda dura bilər”. (cebhe.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar