Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2017-ci ildə 2878 şəxs həbs olunub


2017-ci ildə icrası təmin edilən işlərin sayı 60 faizə çataraq 415 mini ötüb, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı 562 milyon manatdan çox vəsait ödətdirilib. Bundan əlavə hesabat dövründə aliment işləri üzrə təqribən 125 milyon manatın tələbkarlara ödənilməsi təmin edilib


Bunu Ədliyyə Nazirliyində icra xidmətinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin iştirakı ilə 2017-ci ildə məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə İcra baş idarəsinin rəisi – Baş icra məmuru Nurəddin Mustafayev deyib. 

Onun sözlərinə görə, icra sənədlərinin icrasından qərəzli boyun qaçıran, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 4.245 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 2.878 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 391 şəxs barəsində cinayət işi başlanılıb. 

Həmçinin, 14 mindən artıq borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 3.410 nəfərin məhdudiyyəti isə məhkəmə qərarını icra etdiklərinə görə götürülüb. Qeyd olunmalıdır ki, belə məhdudlaşdırmanın olub-olmaması barədə vətəndaşlara elektron xidmət (https://azvision.az/redirect.php?url=http://exidmet.justice.gov.az/WebForms/VVA_13.aspx) göstərilir. Ötən il bu xidmətdən istifadənin sayı 66 faiz artaraq 1.3 milyona yaxın olub. 

İcra işinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər, o cümlədən təsirli icra mexanizmlərinin tətbiqi və məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunması, həmçinin vətəndaş məmnunluğunu yüksəldir. Ötən il icra işləri ilə bağlı şikayət edən vətəndaşların sayı 30%-dək, bilavasitə qəbula gələn şəxslərin sayı isə 2 dəfədən çox azalıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar