Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2016-ci ildə alınan 1.4 milyard dollarlıq kredit 4 layihəyə sərf edilib


2016-ci ildə beynəlxalq maliyyə-kredit təşkilatları ilə ölkə iqtisadiyyatı üçün 1 milyard 458 milyon dollar kredit ayrılıb


2016-ci ildə müxtəlif beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən ayrılan həmin kredit strukturuna görə aşağıdakı kimi təsnif olunur:

– Dünya Bankı (2 kredit)- 206.7 milyon dollar
– Asiya İnkişaf Bankı (2 kredit)- 750 milyon dollar
– Citibank N.A.”, “Bayerische Landesbank” banklar qrupu – 210 milyon dollar
– “Societe- Generale”, “BNP Paribas”, “HSBC Fransa” banklar qrupu (1 kredit)  –  277 milyon dollar

Bu kreditlər hansı layihələrə yönəlib?

Dünya Bankından  ötən il ayrılan kredit hesabına “Magistral Avtomobil Yolu-3” layihə çərçivəsində Bakı-Şamaxı yolunun tikintisinə 140 milyon dollar kredit cəlb edilib.

“Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi” Layihəsi üçün 66.7 milyon dollar ayrılması nəzərdə tutulub.

Bundan əlavə, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün 400 milyon dollarlıq saziş imzalanıb ki, onun icrası 2017-ci ildən başlayacaq.

Ümumilikdə, 2017-ci il 1 yanvar tarixinə kimi Dünya Bankı ilə  Azərbaycan arasında  3.7 milyard dollarlıq kredit sazişi imzalanıb.
Asiya İnkişaf Bankından 2016-ci ildə “Azərişığ”a  250 milyon dollar kredit sazişi imzalanıb. Bu tranş çərçivəsində layihənin həyata keçirilməsi nəticəsində ölkə üzrə paylayıcı şəbəkədəki itkinin 10 faizədək azalacağı, kəsilmələr nəticəsində əhaliyə satılan elektirk  enerjisinə görə yığımın 80 faizədək artacağı proqnozlaşdırılır.

Bundan əlavə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində 2016-ci ilin 5 dekabrında 500 milyon dollar kredit sazişi imzalanıb ki, bunun da icrası cari ildən hesablanacaq.

İndiyədək Asiya İnkişaf  Bankı və Azərbaycan hökuməti arasında 2.1 milyard dollarlıq kredit sazişi imzalanıb.

“Societe- Generale”, “BNP Paribas”, “HSBC Fransa” banklar qrupundAN 2015-ci ilin 24 dekabrında imzalanan müqavilələrə əsasən, “Azərbaycan Dəmir Yolları” ASC –yə 277 milyon avro həcmində kredit verilib.  Həmin müqaviləyə görə,  Fransanın “Alstom Transport S.A” şirkətindən 50 lokomotivin maliyyələşdirilməsi nəzərdə tutulur. Sözügedən lokomotivlərin alınması Bakı-Tiflis-Qars dəmir yolu xəttində hərəkətin daha yüksək və təhlükəsiz səviyyədə təşkil edilməsi, eləcə də rəqabətə davamlılıq zərurətindən irəli gəlir.

Xatırladaq ki,  2017-ci il 1 yanvar tarixinə görə, beynəlxalq maliyyə-kredit qurumları ilə Azərbaycan hökuməti arasında 11.05 milyard dollar həcmində kredit sazişi imzalanıb. İmzalanmış sazişlər üzrə ayrılan kreditlərdən ümumilikdə 8,4 milyard dolları istifadə edilib.(gununsesi.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar