Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2016-2017-ci illərdə bankların səhmdar kapitalına 1,2 mlrd. manat investisiya yatırılıb

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) Strateji Yol Xəritələrin icrası ilə bağlı iclas keçirilib


Palatadan verilən məlumata görə, MBNP-nin Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda 6 dekabr 2016-cı il tarixində prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələri üzrə nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2017-ci ildə görülmüş və 2018-ci ildə görüləcək işlər geniş müzakirə edilib.

Bildirilib ki, 2017-ci ildə bank sektorunun sağlamlaşdırılması ilə bağlı əsaslı işlər görülüb, sektora yeni kapital investisiyaları daxil olub. Belə ki, 2017-ci il ərzində bankların cəmi kapital inyeksiyalarının həcmi 0,9 mlrd. manat təşkil edib. Ümumilikdə, 2016-2017-ci illərdə bankların səhmdar kapitalına investisiyaların cəmi 1,2 mlrd. manat olub.

 Bununla yanaşı, ölkə Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanına əsasən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması prosesi yekun mərhələyə çatdırılıb. Bu çərçivədə, bankın problemli aktivləri “Aqrarkredit” QSC-ə ötürülüb, xarici borc öhdəliklərinin restrukturizasiyası prosesləri tamamlanıb.

 Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bank restrukturizasiyasının hüquqi çərçivəsinin formalaşdırılması işləri aparılıb. Bu istiqamətdə beynəlxalq təcrübə də nəzərə alınmaqla “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa rezolyusiya ilə bağlı yeni fəsil əlavə edilib. (APA-Economics)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Ən çox oxunanalar