Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2014-cü ildə vəfat etmiş tanınmış azərbaycanlılar - Siyahı


Yola salmağa hazırlaşdığımız 2014-cü il Azərbaycanın həyatında bir çox olaylarla yadda qaldı


Bu il bir sıra tanınmış azərbaycanlının dünyasını dəyişməsilə də xatırlanacaq.
 
PİA.AZ Modern.az-a istinadən 2014-cü ildə bu dünya ilə vidalaşan məşhur azərbaycanlıları xatırladır.

Ədəbiyyat sahəsi

Əvvəlcə başlayaq ədəbiyyat sahəsindən. Bu sahədə 2014-cü ildə bir xeyli itkilərimiz oldu. Xalq yazıçısı, çağdaş Azərbaycan nəsrinin hegemonlarından olan İsa Hüseynov (Muğanna) 2014-cü il aprelin 1-də 85 yaşında vəfat etdi. Fəxri Xiyabanda dəfn olunan yazıçı ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.
Qara ciyər serrozundan əziyyət çəkən rəssam-şair Adil Mirseyid bu ilin yayında (17 iyulda) dünyasını dəyişdi. Şair ata yurdu olan Ağdaşda dəfn olunub.

Qocaman nasir Ələviyyə Babayeva sentyabrın 23-də vəfat edərkən 93 yaşı var idi.

Yazıçılar Birliyinin katibi, filologiya elmlər doktoru Arif Əmrahoğlunun 19 iyul tarixinə təsadüf edən ölümü hamının təəssüfünə səbəb oldu. Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Yazıçı –publisist Cəmil Əlibəyovun vəfatı bu ilin sonlarına təsadüf edir. O, 26 oktyabr tarixində  86 yaşında vəfat edib. 

Yazıçı Aslan Qəhrəmanlı isə il girər-girməz vəfat edən tanınmışlardandır. Yanvarın 19-da vəfat etmiş yazıçı Ağstafa rayonunda dəfn edilib. 

Çoxlarının “abi” dediyi, ətrafa gənclik şövqü aşılayan şair Tofiq Abdinin 72 yaşında qəfil vəfatı çoxlarını sarsıtdı. Şair fevralda gecə saatlarında qəfil ürək tutmasından vəfat etmişdi.

Fevral ayında dünyasını dəyişən daha bir ədəbiyyat adamı isə Hacı Ələmdar Mahirdir.  AzTV-də “Məclisi üns” proqramının aparıcısı, füzulişünas alim fevralın 21-də qəfil ürək tutmasından dünyasını dəyişib.

Mədəniyyət  sahəsi

Bu il mədəniyyət sahəsində də nəzərə çarpacaq qədər itkilər olub. Xalq artisti, Azərbaycan kinosunun Cahandar ağası (“Dəli Kür” filmi) Ələddin  Abbasov 13 iyul tarixində vəfat etdi. 92 yaşlı aktyor Gəncədə dəfn edilib.
Əməkdar artist, aktyor Azər Mirzeyev 19 iyul tarixində vəfat edən zaman 62 yaşı var idi. Aktyor Sabirabad rayonunda dəfn edilib.

SSRİ xalq artisti, professor Aqşin Əlizadə də ilin ciddi mədəni itkiləri sırasındadır. Bəstəkar 3 may tarixində 76 yaşında vəfat edib. 

Aktrisa Firəngiz Şərifova 7 fevralda vəfat etdi. 90 yaşlı aktrisa çox təəssüf ki, əksəriyyətinin yadına yalnız vəfat edən günü düşdü.

2014-cü ilin qışında dünyasını dəyişən başqa bir mədəniyyət xadimi isə tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Elmira Nəzirovadır. Bəstəkar 23 yanvarda 85 yaşında vəfat etdi. 

Yanvar ayında vəfat edən başqa mədəniyyət adamı isə əməkdar artist, müğənni Məhəbbət Kazımovdur. Məhəbbət Kazımov yanvarın 27-də uzun sürən xəstəlikdən sonra vəfat etdi.

Vaxtilə biznes sahəsində uğurlar qazanmış “Təbriz” ansanblının rəhbəri, müğənni-bəstəkar, keçmiş xeyriyyəçi Cənnət Əliyev də 2014-cü ilin Azərbaycan musiqisinin əlindən aldığı insanlar sırasındadır.

Xalq artisti, hərbi mahnıların mahir ifaçısı Eldar Axundov 17 sentyabrda küçədə qəfildən ölü halətdə tapılmışdı.

Məşhur reper Hüseyn Dəryanın bu il 15 mart tarixində vəfat etməsi də hamını təəssüfləndirdi. O, 38 yaşında avtomobil qəzası nəticəsində dünyasını dəyişdi.

Aktrisa Xanım Qafarova isə bu ilin yayında uzun sürən xəstəlikdən sonra vəfat etdi.

Azərbaycanın xalq artisti və Rusiyanın əməkdar artisti, pianoçu Tamilla Mahmudova sentyabrda dünyasını dəyişib. “Şöhrət”ordenli, Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru ömrünün 84-cü ilində vəfat edib.

Elm sahəsi

Elm sahəsindəki itkilərdən danışarkən öncə məşhur alim-cərrah Cavad Heyətin adını çəkmək lazım gələcək. 12 avqust tarixində dünyasını dəyişən Cavad Heyətin dəfn yeri əvvəlcə qeyri-müəyyən olaraq qaldı. Alim nəhayət ki, ölümündən bir neçə gün sonra Bakıdakı II Fəxri Xiyabanda dəfn edildi.

Azərbaycan tarix elmində dəyərli araşdırmalar aparan professor Süleyman Əliyarlı da 2014-cü ilin yanvarında dünya ilə vidalaşdı.

Başqa bir tarixçi alim- yazıçı Eldar İsmayılov da ilin elmi itkiləri sırasındadır. Alim martın 9-dan 10-a keçən gecə ürək tutmasından vəfat edib.

Azərbaycan Dillər Universitetinin Müasir alman dili kafedrasının professoru, tanınmış tərcüməçi-alim Çərkəz Qurbanlı may ayında dünyasını dəyişib.

Böyük alim, akademik Həmid Araslının oğlu professor Elman Araslı 22 avqust tarixində vəfat etdi. Elman Araslı bir müddət Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyada səfiri olub.

Bu ilin yayında dünyasını dəyişən başqa bir professor isə Vaqif Arzumanlıdır. 67 yaşında vəfat edən alim Xudatın Şıxlar qəbristanlığında dəfn edilib.

Sentyabr ayında Azərbaycanın tanınmış həkimi, həkim Əlfəddin Abdullayev 85 yaşında rəhmətə gedib. 

Vaxtilə Ali Sovetin deputatı olmuş, 29 il 4 saylı Şəhər Xəstəxananın baş həkimi vəzifəsində çalışmış, uzun illər sağlamlıq verilişləri hazırlamış Əlfəddin doktor Oğuzun Qumlaq kəndində torpağa tapşırılıb.

Digər sahələr       

İlin itkiləri yalnız bu üç sahə ilə yekunlaşmır. İstər ictimai-siyasi, istər idman və başqa sahələrin bir sıra məşhur xadimlərinin də vəfatı bu ilə təsadüf edir.

Vaxtilə Ali Sovetin Rəyasət Heyətinin sədri olmuş, Azərbaycan Ticarət və Sənaye Palatasının rəhbəri Süleyman Tatlıyev 2014-cü ilin yanvarında 89 yaşında vəfat edib.

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev isə 23 iyun tarixində dünyasını dəyişib. Dövlət rəsmisi II Fəxri Xiyabanda dəfn edilib.
Sovet dövrünün məşhur futbolçusu Ələkbər Məmmədov 28  iyul tarixində vəfat edən zaman bir neçə gün heç kəs onun ölümündən xəbər tutmayıb.
Gənc şahmatçı Vüqar Həşimovun 11 yanvar tarixində ölümü isə nəinki Azərbaycan, hətta bütün dünya ictimaiyyətini sarsıtdı. 27 yaşlı Vüqar II Fəxri Xiyabanda dəfn edildi. 

Milli Məclisin keçmiş deputatı, vaxtilə özünün yaratdığı “Namus” Respublika Partiyasına sədrlik edən Toğrul İbrahimli da bu il vəfat edib. O, yulun 21-də 63 yaşında dünyasını dəyişib. Mərhum Mərdəkan qəbiristanlığında dəfn olunub.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov isə bu il dekabrın 12-nə keçən gecə vəfat edib.

Fəaliyyəti dayanmış “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun atası Sabir Hüseynov sentyabrda vəfat edib. Sabir Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Ailəsi mərhumu Bakıdakı "Qurd qapısı" qəbiristanlığında, Elmarın məzarının yanında dəfn edib.

Tanınmış iqtisadçı alim, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının “İnnovasiya” şöbəsinin rəisi, İqtisadi İnkişaf Nazirliyinin keçmiş departament direktoru Rəhim Hüseynov bu ilin mayında qəflətən vəfat edib.

Azərbaycanın İslam alimi, Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə may ayında 1 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Azərbaycanın Milli Qəhrəmanı Slesaryov Mixail Aleksandroviç isə apreldə vəfat edib. Mixail Slesaryov son vaxtalaradək Ədliyyə Nazirliyinin "N" saylı hərbi hissəsində tağım komandiri vəzifəsində çalışırdı.

Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov uzun sürən xərçəng xəstəliyindən sonra fevral ayında dünyasını dünyasını dəyişib.

Qeyd: Unutduğumuz tanınmış mərhumlar varsa, oxucular öz şərhlərində yaza bilərlər. Hamısına Allahdan rəhmət diləyirik!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar