Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2014-cü ildən bəri Aralıq dənizində 18 mindən çox miqrant həyatını itirib – BMT

“Bu il Aralıq dənizində 1000-dən çox miqrant və qaçqın həyatını itirib. Bu `qaranlıq dövr` 6-cı ildir davam edir” – deyə, BMT çərşənbə axşamı bildirib...

BMT-nin Qaçqınlar Agentliy Avropa Birliyinə üzv ölkələri axtarış və xilasetmə işlərini yenidən bərpa etməyə və gəmilərin dənizdə xilasetmə işlərində rolunun kritik olduğunu tanımağa çağırıb.

“Aralıq dənizində faciənin davam etməsinə icazə verilməməlidir” – deyə, BMT-nin sözçüsü Qaçqınlar üzrə Ali Komissarlığın sədri Çarli Yaksli şərhdə bildirib.

Dövlət xəbər agentliyinin verdiyi məlumata görə, beş miqrantın cəsədi bazar ertəsi Mərakeşin Atlantik sahillərindəki Kasablanka yaxınlığında tapılıb.

Avropa Birliyi 2016-cı ildə Ankara ilə Türkiyədən Yunanıstana qaçqın və miqrant axının qarşısının alınması ilə bağlı razılıq əldə etmişdi. BMT-nin Qaçqınlar Agentliyinin açıqladığı məlumata görə, əsasən Liviya və Şimali Afrikadan olmaqla, miqrantların sayı 2015-ci ildən bəri 1 milyondan çox idisə, bu il 78 minə düşüb.

“Əlbəttə, Aralıq dənizini keçməyə çalışanların sayı daha azdır. Beləliklə bu, yolun özünün daha təhlükəli olduğuna işarədir” – deyə, BMT-nin Qaçqınlar Agentliyinin nümayəndəsi Liz Trossel Reuters agentliyinə bildirib.

Həm Qaçqınlar Agentliyinin, həm də Beynəlxalq Miqrasiya Təşkilatının saytında açıqlanan rəqəmlərə görə, 2014-cü ildən bəri Aralıq dənizində 18 mindən çox insan həyatını itirib. (amerikaninsesi.org)

pia.az


Etiket: miqrantlar BMT


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar